Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Zəfər Günü Bakı səmasında türk şahinləri də şou göstərəcəklər
CƏMİYYƏT

Zəfər Günü Bakı səmasında türk şahinləri də şou göstərəcəklər

06 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Türkiyəni 8 Noyabr – Zəfər Günü mərasimlərində “F-16″ təyyarələri və Mehter orkestri təmsil edəcək”.

Paraqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında məlumat paylaşılıb.

Nazirlikdə keçirilən həftəlik mətbuat brifinqində qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri və nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk çıxış edib.

“İki dövlət, bir millət” anlayışı ilə hər cür şəraitdə birlik və həmrəylik içində olduğumuz dost və qardaş ölkəmiz olan Azərbaycanın 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edirik”, – Aktürk qeyd edib.

Məlumata görə, “Qələbə həftəsi” tədbirləri çərçivəsində noyabrın 7-də Mehter orkestri və Gəncə Dövlət Filarmoniya orkestri birgə konsert verəcəklər.

“8 noyabrda Prezident Qvardiyası Alayı Komandanlığının Mərasim Bölməsi tərəfindən təntənəli parad, Hərbi Hava Qüvvələrimizin altı “F-16″ təyyarəsi tərəfindən isə döyüş təyyarələrinin paradı keçiriləcək”, – deyə Aktürk bildirib.

Qeyd olunur ki, noyabrın 8-də nazirlik Azərbaycanın Zəfər Günü münasibətilə keçiriləcək mərasimlərdə komandanlıq səviyyəsində iştirak edəcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” videoçarxı nümayiş etdirilib

Next

Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq

Copyright 2026— Praqraf.com. All rights reserved