Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/“Tərtər işi”:Bəkir Orucovla bağlı qərar verildi
SİYASƏT

“Tərtər işi”:Bəkir Orucovla bağlı qərar verildi

06 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Tərtər işi” ilə bağlı təqsirləndirilən general-mayor Bəkir Orucov və digər şəxslər barəsində olan hökmdən verilən kassasiya şikayəti təmin edilməyib.

Paraqraf.com Report-a istinadən xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə hakim İlqar Qılıcov sədrliyi ilə keçirilən prosesdə verilib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Ziya Kazımov və Ülvi Rəşidov 9 il 6 ay, İntiqam Məmmədov və Rahib Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə B.Orucovun cəzası 6 il 6 aya endirilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Konstitusiyası dövlətimizin suverenliyinin və müasir inkişafın hüquqi əsasıdır

Next

Rauf Zeyni: “Xalqımız ağır sınaqlardan keçərək bu günkü Zəfəri əldə edib”

Copyright 2026— Praqraf.com. All rights reserved