Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Rəqəmsal inkişaf və nəqliyyat naziri özünə daha bir müşavir təyin edib
CƏMİYYƏT

Rəqəmsal inkişaf və nəqliyyat naziri özünə daha bir müşavir təyin edib

06 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünə daha bir müşavir təyin edib.

Paraqraf.com “Report”a istinadla xəbər verir ki, bu, Anar Novruzovdur.

O, bu təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində baş icraçı direktorun müavini olub, ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Hava Yolları” QSC-nin və “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

A.Novruzov Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsilini başa vurduqdan sonra “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Şotlandiyanın Aberdin Universitetində neft, enerji iqtisadiyyatı və maliyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb, ABŞ-də Harvard Biznes Məktəbində “Maliyyə idarəçiliyi və liderlik”, Fransada INSEAD Biznes Məktəbində “Transformasiyanın idarəedilməsi” proqramlarını tamamlayıb.

O, peşəkar fəaliyyətinə nüfuzlu beynəlxalq audit şirkətlərində başlayıb, həmin şirkətlərin Səudiyyə Ərəbistanı və Böyük Britaniya ofislərində strateji inkişaf, maliyyə əməliyyatları və audit sahələri üzrə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Nikol Paşinyan: “Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan üzərindən idxalını nəzərdən keçirir”

Next

Paşinyan: “Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq”

Copyright 2026— Praqraf.com. All rights reserved