Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Nikol Paşinyan: “Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan üzərindən idxalını nəzərdən keçirir”
SİYASƏT

Nikol Paşinyan: “Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan üzərindən idxalını nəzərdən keçirir”

06 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan ərazisindən dəmir yolu ilə idxalı imkanını nəzərdən keçirir”.

Paraqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə 1990-cı illərdən etibarən ilk dəfə Rusiyadan dəmir yolu ilə buğda partiyasının Azərbaycan ərazisindən tranzitlə idxalına münasibət bildirərkən bəyan edib.

“Hazırda Rusiyadan müxtəlif malların Azərbaycan ərazisindən idxalı üçün sifarişlər tərtib edilir. Onu da başa düşmək lazımdır ki, Ermənistandan da həmin marşrutla Rusiyaya və ya Qazaxıstana mallar ixrac edilə bilər”, – deyə o qeyd edib.

Ermənistanın baş naziri, həmçinin, yüklərin dəmir yolu ilə Azərbaycan ərazisindən tranzitində Rusiyanın fəallığını yüksək qiymətləndirib.

O bildirib ki, avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra Rusiya və İranın reaksiyası barədə mənfi proqnozlar verən siyasətçilərin və ekspertlərin hesablamaları özünü doğrultmayıb:

“Hazırda kommunikasiyaların işləməsində Rusiyanın iştirakı Ermənistanın təsəvvürlərinə tam uyğundur”.

Xatırladaq ki, Rusiyanın Azərbaycan üzərindən göndərdiyi təxminən 1000 ton həcmində buğda partiyası noyabrın 6-na keçən gecə Ermənistana çatıb. Rusiya elan edib ki, yaxın vaxtlarda Ermənistana Azərbaycan üzərindən daha 132 vaqon buğda göndərəcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq

Next

Rəqəmsal inkişaf və nəqliyyat naziri özünə daha bir müşavir təyin edib

Copyright 2026— Praqraf.com. All rights reserved