Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 6
  • Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq

Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq

admin 06 Noyabr 2025 2 minutes read
6e233501-0010-4a87-aea1-3e4ceb734641
PAYLAŞIN:

“Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq”.

Paraqraf.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Avtomobil Yolları Nəzarət Firmasının mütəxəssisi Ziyyəddin Həsənov deyib.

Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır:

“Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun ödənişli olması nəzərdə tutulur. Bu, regionda ilk dəfə müasir standartlara uyğun ödənişli avtomobil yolu kimi fəaliyyət göstərəcək”.

Z.Həsənov qeyd edib ki, ödənişli yolun paralelində Horadiz-Cəbrayıl-Zəngilan istiqamətində 2-ci texniki dərəcəyə uyğun olaraq alternativ, pulsuz yol artıq çəkilib və istismara verilib.

“Alternativ yol hazırda tam istifadədədir və sürücülər üçün heç bir ödəniş tələb olunmur. Yeni ödənişli magistral isə birinci texniki dərəcəyə uyğun tikilir və daha yüksək təhlükəsizlik, hərəkət rahatlığı və sürət təmin edəcək”, – deyə Həsənov vurğulayıb.

Qeyd edək ki, Horadiz-Zəngilan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometr təşkil edir və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

Paraqraf.com

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Zəfər Günü Bakı səmasında türk şahinləri də şou göstərəcəklər
Next: Nikol Paşinyan: “Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan üzərindən idxalını nəzərdən keçirir”

OXŞAR MÖVZULAR

IMG_5781

Sabah Bakıda yağış yağacağı ehtimalı var

admin 24 Aprel 2026
6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib zIXo6wU0HfMh2TOjhxwoAD8zNnEKdSiMgjcn58mM_1200

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib

24 Aprel 2026
Emin Əmrullayev: “İşğaldan azad olunmuş ərazilərdə 24-cü təhsil müəssisəsi fəaliyyətə başlayır” 17339078385190155986_1200x630_2_1777024333

Emin Əmrullayev: “İşğaldan azad olunmuş ərazilərdə 24-cü təhsil müəssisəsi fəaliyyətə başlayır”

24 Aprel 2026
Ucarda çaqqal insanlara hücum edib, üç nəfər xəsarət alıb Wyh1PHbyDqvTmGmVHK1dtq4dyC5FGwABM1aVTwI7_1200

Ucarda çaqqal insanlara hücum edib, üç nəfər xəsarət alıb

24 Aprel 2026
Sabah Bakıda yağış yağacağı ehtimalı var IMG_5781

Sabah Bakıda yağış yağacağı ehtimalı var

24 Aprel 2026
Nərimanovda mağazadan 100 min manat dəyərində qızıl oğurlanıb lm8BdATHyVCMvc5yXePP7nAqYLelGCpcIxn94gu9_1200

Nərimanovda mağazadan 100 min manat dəyərində qızıl oğurlanıb

24 Aprel 2026
DİN əməliyyat keçirib, 49 kiloqramdan artıq narkotik aşkarlanıb VZe6uddKp3XbEC1vUCDihiqTz93jhrEuvmwu6UVM_1200

DİN əməliyyat keçirib, 49 kiloqramdan artıq narkotik aşkarlanıb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.