Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/FIFA “Sülh Mükafatı”nı Trampa verəcək
DÜNYA

FIFA “Sülh Mükafatı”nı Trampa verəcək

06 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

FIFA “Sülh Mükafatı” adlı yeni beynəlxalq mükafat təsis edəcəyini bəyan edib.

Paraqraf.com “The Guardian”a istinadla xəbər verir ki, bu barədə təşkilatın Prezidenti Canni İnfantino məlumat yayıb.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum sözügedən mükafatı 2026-cı il Dünya Çempionatının püşkatma mərasimində təqdim edəcək. Bildirilib ki, yeni mükafat “dünyanın dörd bir yanında insanları sülh içində birləşdirməyə töhfə verən şəxsləri” təltif etmək məqsədi daşıyır. Qalibin adı 5 dekabrda Vaşinqtonda açıqlanacaq.

İnfantino bəyan edib ki, bugünkü gərgin və parçalanmış dünyada sülh uğrunda çalışanların səylərini qiymətləndirmək böyük önəm daşıyır:

“Futbol sülhü təmsil edir və bu mükafat vasitəsilə insanları bir araya gətirənləri bütün futbol dünyası adından tanıyacağıq”.

Qeyd edək ki, “FIFA Sülh Mükafatı”nın ABŞ Prezidenti Donald Trampa veriləcəyi ehtimal olunur. İddiaya əsasən, İnfantino Qəzza böhranı zamanı Trampın sülh prosesində mühüm rol oynadığını söyləyib və onun maneələri aradan qaldırdığını vurğulayıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Trampın onu bağışlayacağına inanır

Next

“Beynəlxalq təşkilatların (BMT, NATO, Aİ) qlobal siyasətdə rolu”

Copyright 2026— Praqraf.com. All rights reserved