Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Ağ şəhərdə BMW-nin xanım sürücüsü motosikletçini vurdu: “Zor edirəm” deyib kameraya poz verdi
HADİSƏ

Ağ şəhərdə BMW-nin xanım sürücüsü motosikletçini vurdu: “Zor edirəm” deyib kameraya poz verdi

06 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Xətai rayonu, Ağ şəhər ərazisində xoşagəlməz insident yaşanıb.

Paraqraf.com Patrul.az-a istinadən xəbər verir ki, Nadir Nahid oğlu Cəlilov qarşılaşdığı qanunsuz hərəkətlə bağlı şikayətini bildirib.

Hadisə oktyabrın 5-də saat 21 radələrində “Neptun” marketin yaxınlığında, “AzParking”ə məxsus rəsmi parklanma sahəsində baş verib. N.Cəlilov 99-M-374 dövlət qeydiyyat nişanlı motosikletini qanuni park yerində saxlayıb.

Bu zaman 90-BY-008 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən xanım sürücü yaxınlaşaraq, ondan motosikleti kənara çəkməyi tələb edib. Şikayətçi bu yerin rəsmi parklanma sahəsi olduğunu bildirərək xanım sürücünün tələbini rədd edib.

İddiaya görə, cavab olaraq BMW sürücüsü avtomobili ilə motosikleti vuraraq yerə yıxıb.

Nadir Cəlilov hadisə anını mobil telefonu ilə lentə alıb. Qeydə alınan görüntülərdə qadın sürücünün “zor edirəm, çək” deməsi aydın şəkildə eşidilir. Zərərçəkənin sözlərinə görə, sürücü bundan sonra etik normalara uyğun olmayan təhqiramiz ifadələr də işlədib. Lakin Cəlilov həmin hissəni etik olmadığı üçün paylaşmadığını bildirib.

Motosikletin yerə çırpılması nəticəsində onun sürətlər qutusu zərər görüb.

Nadir Cəlilov hadisəyə hüquqi qiymət verilməsini və dəymiş ziyanın ödənilməsini təmin etmək üçün aidiyyəti dövlət qurumlarından köməklik göstərilməsini xahiş edib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Türkiyədən Rusiyaya uzun fasilədən sonra ilk bərə gedib

Next

Azərbaycan-NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri müzakirə olunub

Copyright 2026— Praqraf.com. All rights reserved