Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 5
  • Bilet qalmaqalından sonra yeni qaydalar gəlir: Rəqəmsal nəzarət və sərt cəzalar gündəmdə!

Bilet qalmaqalından sonra yeni qaydalar gəlir: Rəqəmsal nəzarət və sərt cəzalar gündəmdə!

admin 05 Noyabr 2025 6 minutes read
Изображение WhatsApp 2025-11-05 в 12.33.38_23f6d561
PAYLAŞIN:

Ötən gün əməliyyat zamanı “Qarabağ”-“Çelsi” oyununun biletlərini qanunsuz şəkildə satışa çıxaran bir neçə şəxs kiberpolis tərəfindən saxlanılıb.

Sosial şəbəkədə yayılan məlumatına görə, saxlanılanlar arasında olan Rəşad Həsənov daha əvvəl “Baku TV”yə şikayətlə bildirib ki, matça bilet almağa cəhd etsə də, uğursuz olub.
Qısa müddət sonra isə həmin şəxs biletləri qeyri-qanuni yolla satdığı üçün polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu gün kiberpolisin keçirdiyi əməliyyat nəticəsində biletləri rəsmi satış məntəqələrindən alaraq daha yüksək qiymətə “qara bazar”da satmaq istəyən beş nəfər – Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov saxlanılıblar.

 

Daxili İşlər Nazirliyindən “Paraqraf.com”un sorğusuna cavab olaraq bildirilib ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Çelsi” futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib.

Biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər. Saxlanılan şəxslər barəsində qanunamüvafiq tədbir görülüb, əməliyyatlar davam etdirilir.

Ölkəmizdə bundan sonra da keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli idman turnirlərini canlı izləmək istəyən vətəndaşlara bir daha müraciət edərək biletləri yalnız rəsmi satış nöqtələrindən əldə etməyi tövsiyə edirik.

Bildiririk ki, sosial şəbəkələrdə müxtəlif səhifələr və digər qeyri-qanuni mənbələrdən bilet alan şəxslər dələduzluq halları ilə üzləşə bilərlər.

 

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Mədinə Leqayeva isə qeyd edib ki,
443.1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə, fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

443.2. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə, fiziki şəxslər yeddi yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.

445.1. Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə, səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

445.2. Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə, min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir.

Mədinə Leqayeva əlavə edib ki, bu kimi halların qarşısının alınması üçün ilk növbədə bilet satışının tam elektron sistem üzərindən və şəffaf şəkildə həyata keçirilməsi təmin olunmalıdır:

“Rəqəmsal nəzarət mexanizmləri, yəni biletin unikal kodlaşdırılması, şəxsin FİN və ya şəxsiyyət vəsiqəsi ilə identifikasiyası sistemi tətbiq edilməlidir.
Bundan əlavə, bilet satış platformalarının kibertəhlükəsizlik səviyyəsi gücləndirilməli, satışdan sonrakı ötürülmələrdə blokçeyn və ya məhdudlaşdırılmış paylaşım sistemləri nəzərdən keçirilməlidir.
Hüquq-mühafizə orqanları tərəfindən də belə halların qarşısının alınması məqsədilə müvafiq monitorinqlər aparılmalı və İnzibati Xətalar Məcəlləsinin 443 və 445-cu maddəsinə uyğun tədbirlər görülməlidir.
Vətəndaşlar ilk növbədə biletləri yalnız rəsmi satış kanallarından (məsələn, rəsmi sayt, akkreditə olunmuş agentlik və ya tanınmış platformalar vasitəsilə) əldə etməlidirlər.
Əgər bilet sosial şəbəkələrdə və ya şəxsi elan sayfalarında təklif edilirsə, bu artıq riskli alış sayılır. Belə hallarda biletlərin “QR” kodunun dəyişdirilməsi, saxtalaşdırılması və ya təkrar istifadəsi ehtimalı yüksəkdir.
Eyni zamanda vətəndaş bilməlidir ki, qanunsuz bilet satışı və ya belə biletlərin alınması həm satıcı, həm də alıcı üçün məsuliyyət yarada bilər.
Ən effektiv addım isə rəsmi bilet saytında qeydiyyatdan keçərək şəxsi profil üzərindən bilet almaq və ödəməni yalnız rəsmi ödəmə sistemləri vasitəsilə həyata keçirməkdir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 41 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Qarabağ”ın U-19 komandası da “Çelsi” ilə qarşılaşır
Next: Azərbaycanın İQ faciəsi: 20 ildə niyə bu qədər gerilədik? – Həkim səbəbi açıqladı!

OXŞAR MÖVZULAR

w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

admin 07 Mart 2026
df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

admin 07 Mart 2026
0qNeEe55S8uSrzyl5xBcFL9k0Be2Baaha5IDwnAk_1200

Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.