Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ermənistanda Rusiyadan Azərbaycan ərazisi ilə buğda idxalını tarixi hadisə adlandırıblar
DÜNYA

Ermənistanda Rusiyadan Azərbaycan ərazisi ilə buğda idxalını tarixi hadisə adlandırıblar

05 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Rusiya buğdasının Azərbaycan ərazisi ilə Gürcüstana, oradan da Ermənistana idxalı tarixi faktdır”.

Paraqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini, hakim Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyətinin üzvü Ruben Rubinyan brifinqdə bəyan edib.

“Sülh Rusiya buğdasının dəmir yolu ilə Azərbaycan üzərindən Ermənistana idxal olunması deməkdir. Bax sülh elə bu deməkdir. Bu, mübaliğəsiz, tarixi hadisədir. Sonuncu dəfə belə hadisə 1991-1992-ci illərdə olub”, – deyə Rubinyan qeyd edib.

Daha əvvəl Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Rusiyadan Ermənistana taxıl daşıyan qatar hazırda Azərbaycan ərazisindən Gürcüstana doğru hərəkət edir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayında bəyan edib ki, Azərbaycan Ermənistana yük tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olundu

Next

“Liverpul” “Real Madrid”in tarixinə düşdü

Copyright 2026— Praqraf.com. All rights reserved