Sosial şəbəkələrin birində yayılan xəbərdə ən yüksək İQ (intellekt) səviyyəsinə malik ölkələrin adları açıqlanıb. Birinci onluqda Yaponiya (106.48 İQ), Tayvan (106.47 İQ), Sinqapur (105.89 İQ), Honkonq (105.37 İQ), Çin (104.1 İQ), Cənubi Koreya (102.35 İQ), Belarus (101.6 İQ), Finlandiya (101.2 İQ), Lixtenşteyn (101.07 İQ) və Almaniya (100.74 İQ) yer alıb.
Siyahıda Azərbaycan orta 84.81 İQ ilə 83-cü yerdə, Türkiyə 86.8 İQ ilə 76-cı yerdə, Rusiya 96.29 İQ ilə 34-cü, İran isə 80.01 İQ ilə 114-cü yerdədir.
Həkim-nevropatoloq Qalib Əsədov “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycanda İQ səviyyəsi 1990-cı illərdə Türkiyədən yüksək idi:

“Son 20 ildə Azərbaycan İQ səviyyəsi çox aşağı düşüb. Bunun bu qədər enməsinin səbəbi təhsil sistemi ilə əlaqədardır. Məktəblərdə keçirilən dərslərin keyfiyyətinin aşağı olması İQ səviyyəsini azaldır. Təhsil sistemi düzgün normaya salınarsa, İQ səviyyəsi əvvəlki kimi olacaq. İnsanlar bir müddət sonra savadlı insanlara təəccüblə baxacaqlar.”
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
