Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/AİHM Demirtaşın azadlığa buraxılmasına qərar verdi – Ərdoğandan münasibət
DÜNYA

AİHM Demirtaşın azadlığa buraxılmasına qərar verdi – Ərdoğandan münasibət

05 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Türkiyədəki “Kobani etirazları” ilə bağlı 42 il müddətinə azadlıqdan məhrum edilən Xalqların Demokratik Partiyasının (HDP) sabiq həmsədri Səlahəttin Demirtaşın dərhal azadlığa buraxılması tələb olunur.

Paraqraf.com xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərar qəbul edib.

Məhkəmə Demirtaşın artıq 9 ildir həbsdə saxlanılmasının əsassız olduğunu bəyan edib.

Türkiyə tərəfi qərarla razılaşmayaraq işin Böyük Palata tərəfindən yenidən araşdırılmasını istəyib. Lakin AİHM əvvəlki qərarını dəyişməyib.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərara münasibətində “biz bu məsələdə məhkəmə nə deyirsə, ona əməl edəcəyik”,- deyə bildirib.

Qeyd edək ki, AİHM indiyə qədər bu iş üzrə üç dəfə qərar qəbul edib və hər üçündə S.Demirtaşın həbsdə saxlanılmasını hüquq pozuntusu kimi qiymətləndirib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Cəlil Məmmədquluzadənin yaradıcılığında ictimai tənqid”

Next

Azərbaycan kikboksinqçisi 24 aylıq diskvalifikasiya olundu

Copyright 2026— Praqraf.com. All rights reserved