Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/“Yanlış səslənən fikirlər cavabsız qalmamalıdır”: Nazirdən deputata irad
İQTİSADİYYAT

“Yanlış səslənən fikirlər cavabsız qalmamalıdır”: Nazirdən deputata irad

04 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Mən təqdim olunmuş sənədlərə istinad edib danışmışam.

Orda qeyd olunur ki, SOCAR 1 milyard 700 milyon manat vergi ödəyir. Mən də bunu ümumi mənfəət vergisi kimi qəbul etmişəm. Burda mənə deyildi ki, ora başqa vergilər də daxildir. Əslində onda mən SOCAR-ın müraciəti haqqında daha yaxşı danışmışam”.

“Cebheinfo.az” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Əgər mənfəət kimi 1 milyard 700 milyon qazancdan verirsə, onda 5 milyard dollar onun qazancı olmalı idi. Belə çıxır ki, onda 5 milyarddan azdır. Əslində bu, pisdir. Yəni bu qədər böyük neft şirkətinin qazancının az olması bizi düşündürməlidir. Mənim burada dediyimdə heç bir siyasi mübarizə elementi yox idi”, – deputat bildirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə deputatın çıxışına cavab olaraq bildirib ki, yanlış səslənən fikirlər cavabsız qalmamalıdır:

“Bu gün Sahil müəllim də, mən də səsləndirdik ki, qeyri-neft gəlirləri dövlət büdcəsinin gəlirlərinin nə qədəridir. Bu, təxminən 55-57% ətrafında olacaq. 2018-ci ildə bu rəqəm 40% idi. Mən 2018-ci ili nəyə görə əsas götürürəm? Çünki biz vergi güzəştlərinin və vergi siyasətinin yumuşaldılmasına 2018-ci ilin sonundan başlamışıq.

Biz bugünkü nailiyyətləri, yəni 2019-cu ildən 2025-ci ilə qədərki nailiyyətləri 17% bəndi artan dövlət büdcəsinin gəlirlərində baxa bilərik. Biz buna vergilərin yumuşaıldılması siyasəti ilə nail olmuşuq. Biz əgər gələcəkdə qeyri-neft sektoruna əsaslanan artımı davam etdirmək niyətindəyiksə, düşünürəm ki, gələcək müzakirələr üçün mərkəzi məsələlərdən biri bunun ətrafında olacaq”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanla BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqləndi

Next

Apteklərdə dərman tapılmır? – RƏSMİ

Copyright 2026— Praqraf.com. All rights reserved