Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Azərbaycanda “Rəqəmsal Startap Mükafatları” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib
ÖZƏL

Azərbaycanda “Rəqəmsal Startap Mükafatları” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib

04 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:
“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi”nin və “Sabah Hub”ın tərəfdaşlığı ilə “Rəqəmsal Startap Mükafatları” beynəlxalq müsabiqəsinin “Ən Yaxşı Startap Layihə” kateqoriyası üzrə Azərbaycan yarımfinalı uğurla baş tutub.
Yarımfinal mərhələsində ölkəmizi təmsil edən 20 innovativ startap layihəsi iştirak edib. Startap komandaları layihələrini münsiflər heyətinə təqdim edərək biznes modelləri, texnoloji yenilikləri və bazar potensialı kimi meyarlar üzrə qiymətləndirilib.
“Rəqəmsal Startap Mükafatları” proqramı regionun startap ekosistemində çoxpilləli inkişaf mexanizmini formalaşdıran, mərhələli seçim sistemi ilə fərqlənən beynəlxalq təşəbbüsdür. Proqramın üç əsas mərhələsindən biri olan “Ən Yaxşı Startap Layihə” kateqoriyası üzrə iki layihə — “StarKidsStories” və “Tryverse” qalib elan edilib.
“StarKidsStories” süni intellekt texnologiyalarına əsaslanaraq fərdiləşdirilmiş uşaq hekayə kitabları yaradan innovativ startapdır. Layihə miqyaslana bilən modeli və yüksək mənfəət potensialı ilə seçilir.
“Tryverse” isə fiziki məhsulların onlayn satışını artırmaq məqsədilə 3D və artırılmış reallıq (AR) texnologiyalarını birləşdirən platformadır.
Bu iki startap layihəsi Özbəkistanda keçiriləcək beynəlxalq final mərhələsində 9 ölkədən olan ən perspektivli startaplarla mübarizə aparmaq imkanı qazanıb.
Ümumilikdə müsabiqəyə Azərbaycan üzrə 150-dən çox startap müraciət edib. “Rəqəmsal Startap Mükafatı” proqramı “IT Park Özbəkistan”ın innovasiya platforması “StartupBase” tərəfindən təşkil olunur. Proqramın məqsədi Mərkəzi Asiya və Qafqaz regionlarında rəqəmsal innovasiyaları təşviq etmək, startap ekosisteminin inkişafına dəstək vermək və gənc sahibkarların beynəlxalq səviyyədə tanınmasına şərait yaratmaqdır.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Neftçi” Peşəkar Futbol Klubu “Uşaq Hüquqları Aylığı”na dəstək verib

Next

“Akademiya gənc alimləri yetişdirib formalaşdıran, böyük üfüqlərə çıxaran əsas elmi mərkəzdir”

Copyright 2026— Praqraf.com. All rights reserved