Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Apteklərdə dərman tapılmır? – RƏSMİ
CƏMİYYƏT

Apteklərdə dərman tapılmır? – RƏSMİ

04 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bəzi bölgələrdə yaşayan vətəndaşlar son aylarda bir sıra əsas dərmanları tapmaqda ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər. 

Apteklərdə müəyyən preparatların olmaması xəstələrin müalicə prosesini ləngidir, bəzən isə həyati vacib dərmanların çatışmazlığı onların səhhətində ağırlaşmalara səbəb olur. Bu vəziyyət bölgələrdə dərman təminatı məsələsini gündəmə gətirir.

Bu çatışmazlığın səbəbləri nədir? Problemin həlli istiqamətində hansı addımlar atılır? 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, dərman çatışmazlığı ilə bağlı vətəndaşlardan rəsmi qaydada hər hansı müraciət və ya şikayət daxil olmayıb:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəyə dərman idxalı ilə özəl idxalçı şirkətlər məşğul olur. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə yalnız rəsmi şəkildə idxal edilən dərman vasitələrinin sənədlərinin uyğunluğunun yoxlanılması, laborator analizinin aparılması və idxalına icazə verilməsi daxildir. 

Hazırda Mərkəzə dərman çatışmazlığı ilə bağlı vətəndaşlardan rəsmi qaydada hər hansı müraciət və ya şikayət daxil olmayıb. Bununla yanaşı, hər hansı konkret dərmanın ölkəyə gətirilməsi və ya satışda mövcudluğu ilə bağlı daha ətraflı məlumatı həmin dərmanı idxal edən şirkətlərdən almaq mümkündür”. 

Analitik Ekspertiza Mərkəzi vətəndaşlara tövsiyə edib: “Vətəndaşlar aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat verə bilərlər:

“Bir pəncərə” sektoru * Qaynar xətt: (012) 596 07 12 * Elektron poçt: aem@pharma.az * Veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi) Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”. (Cebheinfo)

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Yanlış səslənən fikirlər cavabsız qalmamalıdır”: Nazirdən deputata irad

Next

MEDİA Agentliyində Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə görüş keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved