Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 3
  • Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirilib

Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirilib

admin 03 Noyabr 2025 5 minutes read
a1eea873-3a48-4b12-850f-ba06d4de870c
PAYLAŞIN:

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Parlament binasında, senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik etdiyi senator qrupu ilə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digər üzvləri iştirak edib.

Görüşdə iki ölkə arasında institusional dialoqun gücləndirilməsi, media və bu sferanın hüquqi tənzimlənməsi sahəsində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində həyata keçirilən islahatlar, bu təşəbbüslərin hüquqi bazası, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində görülən işlərdən bəhs edərək bildirmişdir ki, media resurslarının rəqəmsal informasiya mühitinə inteqrasiyası, innovativ həllərin tətbiqi, süni intellektin istifadəsində hüquqi və etik çərçivələrin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. O, həmçinin bu sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

İsmət Səttarov Azərbaycanın audiovizual siyasəti, media tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Azərbaycan media mühitinin şəffaflığını artırmaq, rəqəmsal yayımı inkişaf etdirmək və ictimai yayımın müstəqilliyini gücləndirmək istiqamətində mühüm addımlar atılıb.

Görüş zamanı Rumıniya tərəfi ölkənin media və hüquq sahəsindəki qanunvericilik təcrübəsini təqdim etmişdir. Bildirilmişdir ki, Rumıniya audiovizual tənzimləmə, mətbuat azadlığı, dezinformasiyanın qarşısının alınması və rəqəmsal məkanın idarə olunması istiqamətində Avropa İttifaqının tələblərinə uyğun qanunvericilik çərçivəsini təkmilləşdirib.

Vüqar Əliyev çıxışında Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələrdən və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdən bəhs etmişdir. O, Rumıniya ilə bu istiqamətdə qarşılıqlı əməkdaşlığın regional media sabitliyinə və qarşılıqlı etimada töhfə verəcəyini qeyd edib.

Səfir Qüdsi Osmanov çıxışında iki ölkə arasında strateji tərəfdaşlığın yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də informasiya və kommunikasiya müstəvisində dərinləşdiyini qeyd etmişdir. O, bildirmişdir ki, belə görüşlər Azərbaycan-Rumıniya münasibətlərinin humanitar və institusional əsaslarını daha da möhkəmləndirir.

Eyni zamanda, senator Kristian-Avqustin Nikulesku-Tağârlaş bir neçə gün öncə Rumıniya Parlamentinin prezidenti Mircea Abrudeanın Azərbaycana rəsmi səfərinə və onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşə toxunmuşdur. O, bu görüşü ölkələrimiz arasında strateji əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsinin bariz təzahürü kimi qiymətləndirib.

Görüşdə həmçinin Cənubi Qafqazda sülh təşəbbüsləri, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun fəaliyyəti, enerji və media diplomatiyası, eləcə də informasiya məsuliyyətinin artırılması və təbliğata qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda senator Kristian-Avqustin Nikulesku-Tağârlaş görüşün nəticələrini yüksək qiymətləndirərək bildirmişdir ki, Rumıniya və Azərbaycan arasında hüquqi və media əməkdaşlığı Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək. Tərəflər gələcəkdə bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəlib.

1 / 6

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılı
Next: “Sosial mediada informasiya manipulyasiyası və cəmiyyətə təsiri”

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.