Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 2
  • Rusiya revanşistlərə dəstəkdən imtina etdi

Rusiya revanşistlərə dəstəkdən imtina etdi

admin 02 Noyabr 2025 5 minutes read
175942931072045081468dec2be5b230
PAYLAŞIN:

Ermənistanın sabiq prezidenti Robert Köçəryan bu yaxınlarda Rusiya paytaxtına səfər edib.

O, Moskvada  Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin birinci müavini, Ermənistan üzrə kurator təyin edilmiş Sergey Kiriyenko ilə görüşüb.

Qeyd edək ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, tərəflər Ermənistandakı daxili siyasi vəziyyəti, o cümlədən qarşıdan gələn seçkiləri müzakirə ediblər. Köçəryan Kiriyenkoya müxalifət qüvvələrini birləşdirmək və mövcud hakimiyyətlə mümkün qədər geniş cəbhədə mübarizə aparmaqdan ibarət olan uğur düsturunu təqdim edib ki, bu da xeyli maliyyə xərcləri tələb edir.

Lakin Rusiya rəsmisi Köçəryanla söhbətində heç bir konkret öhdəlik götürməyib.

“Əslində, o, Moskvanın Ermənistandakı proseslərdən uzaqlaşdığını açıq şəkildə ifadə edib. Şərh üçün “Ermənistan” blokunun deputatı Ahnes Amoyanla əlaqə saxladıq. O, ikinci prezidentin Moskvaya səfəri ilə bağlı suala cavabında belə görüşlər barədə heç nə bilmədiyini deyib. Kiriyenko ilə görüşə aydınlıq gətirilməsini xahiş etdikdə, deputat yalnız “Şərh yoxdur” deyərək cavab verdi”, – “Hraparak” belə yazır.

Qeyd edilən məlumat revanşist müxalifətin 2026-cı ilin parlament seçkilərində Nikol Paşinyan hakimiyyətinə qarşı mübarizədə Rusiyanın siyasi və maliyyə dəstəyinə ümid bəslədiyini təsdiq edir. Hətta Köçəryan bu məsələni Rusiya Prezident Administrasiyasının sədr müavini ilə və Ermənistana birbaşa məsul olan şəxslə açıq müzakirə edib.

Eks-prezident bildirir ki, əgər Rusiya Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasını istəyirsə, ilk növbədə müxalifətin vahid siyasi cəbhədə birləşməsinə nail olmalıdır. Lakin Moskva güclü vəsait ayırmadan müxalifətin konsolidasiyasına nail ola bilməz.  Çünki hazırda Nikol Paşinyanın  reytinqi aşağı düşsə də, cəmiyyətdə nüfuzuna görə birinciliyi saxlaya bilir. Müxalifət isə pərakəndə durumdadır. Ermənilər sabiq prezidentlərin yenidən hakimiyyətə qayıtmasına qarşıdır. Robert Köçəryanın siyasi reytinqi son sorğulara görə 6 faiz civarındadır.

Hətta müxalifətin özünün keçirdiyi sorğularda Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyasına respondentlərin yalnız 1 faizi  səs verməyə hazır olduğunu bildirib. Küçə aksiyaları isə heç bir nəticə vermir. Kilsənin dəstəklədiyi rusiyalı milyarder Samvel Karapetyanın reytinqi 10 faizdən bir qədər yuxarıdır. Ona görə də Ermənistan müxalifəti toparlanmaq üçün daha çox xarici amilə, dəqiq desək Rusiyanın dəstəyinə bel bağlayır. Burada Köçəryanın vəziyyətdən istifadə edib pul qazanmaq istəyi də açıq görünür.

Eyni zamanda, Köçəryan Kremlə gedib Kiriyenko ilə görüşməklə əslində növbəti seçkilərdə müxalifət lideri kimi siyasi iddiasını ortaya qoyub. Yəni Köçəryan qarşıdan gələn seçkilərdə Karapetyana dəstək vermək niyyətində görünmür və daha çox Rusiyaya öz xidmətini təklif edir. Eks-prezident demək istəyir ki, əgər Rusiya lazım olan vəsaiti və siyasi dəstəyi verərsə, müxalifəti öz ətrafında birləşdirərək Paşinyanı devirə bilər.

Ancaq Kiriyenkonun cavabı barədə məlumatlar Rusiyanın Ermənistan müxalifətinə nəinki pul xərcləmək, ümumiyyətlə, qarşıdan gələn seçkilərdə çox vaxt itirmək niyyətində olmadığını göstərir. Bu, həm Ukraynada hər gün dərinləşən müharibəyə görə, həm də Qərbin sanksiyaları ilə əlaqədar  Rusiyanın xərclərinin artması ilə bağlıdır.

Görünür, Rusiya seçkilərdə uğur qazanmağı Ermənistan müxalifətinin öz öhdəsinə buraxmağı qərara alıb. Moskva Ermənistan müxalifətinin qələbə şansının zəif olmasının da fərqindədir. Ona görə də belə yerdə çox güman ki, Kreml riskə gedərək izafi yerə pul xərcləmək istəmir. Əksinə, seçkilərdə Paşinyana devirmək planına dəstək verilməsi Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə daha da yaxınlaşmasına səbəb ola  bilər.

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Covid peyvəndi öldürür?
Next: “Apple”dan İNQİLABİ YENİLİK – Wi-Fi-yə ehtiyac qalmayacaq

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.