İrandan Türkiyəyə 721 kq maye metamfetaminin keçirilməsi cəhdinin qarşısı alınıb.
Paraqraf.com bildirir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, nazirliyin Gömrük Mühafizə Xidmətinin əməkdaşlarının “Gürbulak” gömrük buraxılış məntəqəsində keçirdikləri əməliyyat zamanı bazar dəyəri 2 milyard 612 milyon türk lirəsi (təqribən 105 milyon 500 min manat – red.) olan narkotik vasitələr ələ keçirilib.
Nazirlik ilin əvvəlindən bu günə kimi gömrük buraxılış məntəqələrində koordinasiyalı şəkildə həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 30 ton 100 kq müxtəlif növ narkotik maddə ələ keçirildiyini açıqlayıb.
Ələ keçirilən narkotik maddələrin ümumi bazar dəyəri isə 40 milyard 30 milyon türk lirəsi (təqribən 1 milyard 600 milyon dollar – red.) təşkil edib.
Paraqraf.com
![]()
