Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 2
  • Əmrah Həsənlidən sərt mesaj: ‘Diplom yönümlü düşüncə iflas edib!

Əmrah Həsənlidən sərt mesaj: ‘Diplom yönümlü düşüncə iflas edib!

admin 02 Noyabr 2025 4 minutes read
news_20250604040708
PAYLAŞIN:

“Peşə təmayüllü təhsilin gələcəyi barədə danışarkən, biz təkcə bir təhsil modelindən yox, bütöv bir sistemin dəyişən fəlsəfəsindən bəhs edirik. Müasir dövrdə artıq “hər kəs ali təhsil almalıdır” yanaşması yerini “hər kəs bacarığına uyğun peşəyə sahib olmalıdır” düşüncəsinə verir. Bu dəyişiklik yalnız iqtisadi deyil, həm də sosial və mədəni baxımdan vacib dönüş nöqtəsidir”.

Bu fikirləri Paraqraf.com-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib. Onun sözlərinə görə, gənclərin maraq və bacarıqları vaxtında müəyyənləşdirilərsə və onlar düzgün istiqamətə yönləndirilərsə, həm fərdi, həm də milli səviyyədə daha sağlam təhsil ekosistemi formalaşar:

“Hər bir gəncin potensialı fərqlidir,  kimsə yaradıcı sahələrdə, kimsə texniki peşələrdə, digəri isə idarəetmə və ya xidmət sektorunda özünü reallaşdıra bilər. Təəssüf ki, illərlə formalaşmış ‘diplom yönümlü’ düşüncə bu fərqliliyi kölgədə saxlamışdı. Amma peşə təmayüllü təhsil bu stereotipi qırmaq üçün real şans yaradır”.

Ekspert vurğulayıb ki, peşə təhsili təkcə praktiki bacarıqların qazanılması deyil, həm də düşünmə, planlama, innovasiya və əmək bazarına uyğunlaşma qabiliyyətini formalaşdırır:

“Bu sistemin məqsədi sadəcə usta yetişdirmək yox, öz sahəsində düşünən, istehsal edən və ölkənin inkişafına töhfə verən peşəkar formalaşdırmaqdır. Burada əsas məsələ məktəblərlə müəssisələrin əməkdaşlığıdır. Şagirdlər öyrəndiklərini praktik mühitdə tətbiq etdikcə, həm bacarıqları möhkəmlənir, həm də gələcək iş mühitinə daha asan uyğunlaşırlar”.

Əmrah Həsənli əlavə edib ki, bu istiqamətin davamlılığı üçün psixoloji yönləndirmə mühüm rol oynayır:

“Şagirdlər peşə seçimlərini təsadüfi deyil, daxili maraq və güclü tərəflərinə əsaslanaraq etməlidirlər. Bu mərhələdə məktəblərdə psixoloji dəstək və peşə yönümü testlərinin tətbiqi vacibdir. Çünki düzgün yönləndirmə aparılmadıqda, ən mükəmməl sistem belə arzuolunan nəticə vermir”.

Ekspertin fikrincə, gələcəkdə peşə təmayüllü təhsil həm texnoloji, həm də sosial baxımdan daha cazibədar modelə çevriləcək:

“Süni intellekt, avtomatlaşdırma və yeni istehsal sahələri klassik ixtisasları dəyişdirir. Bu isə o deməkdir ki, biz artıq ‘peşə məktəbi’ anlayışını ənənəvi deyil, müasir tələblərə cavab verən, çevik və dinamik platforma kimi düşünməliyik”.

Sonda o qeyd edib ki, əgər təhsil sistemi bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atarsa, gələcəkdə həm gənclərin işsizlik problemi azalacaq, həm də cəmiyyətin peşəyə olan münasibəti kökündən dəyişəcək:

“O zaman biz təhsili yalnız diplomla ölçməyəcək, insanın bacarığı və dəyəri ilə qiymətləndirəcəyik. Bu isə təhsil sistemimizin ən böyük qalibiyyəti olacaq”.

 

Cəfərova Validə

Paraqraf.com

Loading

Visited 44 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sürücü avtobusu niyə bu vəziyyətdə idarə edib? – VİDEO
Next: Baykonur yanırdı, Moskva susurdu: 65 il gizlədilən dövlət sirri

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.