Azərbaycanlı FiFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının daha bir matçına təyinat alıb.
Paraqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununun baş hakimi olacaq.
Matçın VAR hakimi Rob Diperink, AVAR hakimi isə Yerun Manshot (hər ikisi Niderland) olacaqlar.
Qeyd edək ki, oyun noyabrın 4-ü, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
