Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilir. Sərnişin axını və tələbat nəzərə alınaraq noyabrın 1-dən etibarən 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini “20 Yanvar” metrostansiyası ilə birləşdirəcək.
Yeni marşrutun tətbiqi ilə şəhərlərarası gediş-gəlişin daha rahat və operativ təşkili, sərnişinlərin paytaxtın mərkəzinə birbaşa çatması məqsədi güdülür.
Dəyişiklik çərçivəsində xətt üzrə müasir və ekoloji təmiz avtobusların sayı da artırılacaq.
Marşrutun əsas məlumatları:
-
Başlanğıc dayanacaq: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi
-
Son dayanacaq: “20 Yanvar” metrostansiyası, Seyid Cəfər Pişəvari küçəsi
-
Xətt üzrə avtobus sayı: 21 ədəd müasir və ekoloji təmiz nəqliyyat vasitəsi
-
İnterval: 8–9 dəqiqə
-
Gedişhaqqı: 0.80 AZN
Yeni marşrut xətti sərnişinlərə daha qısa müddətdə və rahat şəkildə paytaxta çatmaq imkanı yaradacaq. Nəticədə “20 Yanvar” metrostansiyasına birbaşa nəqliyyat əlaqəsi Sumqayıt sakinlərinin gündəlik hərəkətini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
Dəyişiklik noyabrın 1-dən qüvvəyə minir.
![]()
