Bəzən heç nə demədən hər şeyi anladığımız anlar olur. Sözlər yetmir, amma bir baxış kifayət edir. Çünki ürəyin dili danışanda, sükut belə mənalı olur.
İnsan bəzən min sözlə izah edə bilmədiyini bir anlıq baxışla ifadə edir — bir sevinc, bir inciklik, bir təşəkkür, ya da bir “qal” istəyi… Hər baxışın öz hekayəsi, öz səsi var. Gözlər susmur, sadəcə səmimi olanlar o dili başa düşür.
Dünyada elə insanlar var ki, onların baxışında istilik var — sənə “anlaşılırsan” deyir, səssizcə sənə yer ayırır. Elələri də var ki, baxışınla səni yorur, çünki içlərində səmimiyyət yox, oyun var. Gözlərin səmimiyyətini gizlətmək mümkün deyil. Gözlər yalan danışmağı bacarmır.
Ürəyin dili bəzən ən dürüst dildir. O, nə yalan danışa bilir, nə də rola girə bilir. Bir baxışla verilən dəyər, min cümlədən daha təsirlidir. Elə buna görə də bəzən ən dərin hisslər səssizlikdə danışır.
Həyatda ən gözəl anlar bəzən sözsüz baş verir — bir baxışda tapılan rahatlıq, bir sükutda gizlənən anlayış… Çünki ürəklər bir-birini tapanda, sözlər artıq lazım olmur.
M. Mehdiyeva
![]()
