Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 30
  • Azərbaycanda keçirilən hərbi paradlar – ARAŞDIRMA

Azərbaycanda keçirilən hərbi paradlar – ARAŞDIRMA

admin 30 Oktyabr 2025 7 minutes read
17618254641885464811690352b8e546f
PAYLAŞIN:

Azərbaycanda keçirilən hərbi paradlar ölkənin ordu gücünü və dövlətin təhlükəsizlik sahəsinə verdiyi əhəmiyyəti göstərən ən önəmli tədbirlərdən biridir.

Noyabrın 8-də Bakıdakı Azadlıq meydanında Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. Parada hazırlıq işləri davam etməkdədir.

Azərbaycanın ilk mütəşəkkil hərbi paradı 1918-ci il sentyabrın 15-də Bakıda keçirilib. Parad indiki Sahil bağı ərazisində, “İstiqlal” meydanında təşkil olunub və Bakının bolşevik-daşnak işğalından azad edilməsi günü ilə üst-üstə düşüb.

Hələ tam formalaşmamış Azərbaycan ordu birləşmələri ilə yanaşı, Qafqaz İslam Ordusunun əsgərləri də paradda iştirak edib. Təntənəli mərasimi Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və hərbi nazir Səməd bəy Mehmandarov qəbul edib.

İkinci hərbi parad 1919-cu il Novruz bayramı günü Gəncədə baş tutub. Bu dəfə paradda hərbi nazir general Səməd bəy Mehmandarov, nazir müavini general Əlağa Şıxlinski və Azərbaycanın hökumət rəsmiləri iştirak ediblər. Paradın əsas yeniliyi isə 1918-ci ildə Nuru Paşanın təşəbbüsü ilə yaradılmış Azərbaycan hərbi məktəbinin müəllim və kursantlarının nümayişi olub.

Həmçinin qərb bölgəsinin bir neçə alayı da paradda iştirak edib. Sovet dövründə Bakıda keçirilən hərbi paradlar əsasən hərbi məktəb kursantları və ya “Qırmızı Ordu”nun Bakı qarnizonundakı birləşmələri ilə məhdudlaşıb.

1991-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılması elan olunub. Bir il sonra, 1992-ci ilin əvvəllərində Bakı şəhərində ilk hərbi parad keçirilib. Azadlıq meydanında keçirilən paradda könüllü briqadaların şəxsi heyəti, ruslardan alınmış raket və tanklar, “BTR” və “BMP” zirehli transportyorları nümayiş olunub. Havadan isə helikopterlərdən desant endirilib. Paradı tribunada Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, müdafiə naziri Rəhim Qazıyev və daxili işlər naziri İsgəndər Həmidov qəbul edib.

2008-ci ildə 26 iyun – Silahlı Qüvvələr Günündə keçirilən parad, müasir döyüş texnikasının və ordu hazırlığının nümayiş olunduğu bir mərasim olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul olunan paradda silahlı qüvvələrin bütün strukturları iştirak etdi, dəniz və hava qüvvələri də dəstək göstərib.

Müdafiə, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Sərhəd və Daxili Qoşunlar barədə Ali Baş Komandana müdafiə naziri general-polkovnik Səfər Əbiyev məruzə edib. Bu parad zamanı tanklar, zirehli maşınlar və artilleriya bölmələri sərgilənib. Həmçinin, müxtəlif hərbi akademiyaların kursantları da yürüşdə iştirak edərək peşəkarlıq və intizamını göstərib.

2011-ci il paradı Azərbaycanın hərbi potensialını göstərmək üçün daha geniş miqyasda təşkil edilib. İyunun 26-da Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümü münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, deputatlar, xarici səfirlər, beynəlxalq təşkilatların nümayəndələri tədbirdə iştirak edib. Parad zamanı silahlı qüvvələrin bütün qoşun növləri, hərbi birlik və birləşmələri, həmçinin hərbi tədris müəssisələri və digər birləşmələrdən təxminən 6 min nəfərlik şəxsi heyət iştirak edib.

Tədbirdə 400-ə yaxın hərbi texnika və silah sistemi nümayiş olunub, onlardan 50-dək modernləşdirilmiş texnika, 60-dan çox yerli istehsal və modernləşdirilmiş silah, eləcə də döyüş helikopterləri, təyyarələr, gəmilər və qayıqlar təqdim edilib.

Bakıda növbəti hərbi parad 26 iyun 2013-cü ildə keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən paradda silahlı qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarəsi və helikopter, 40-dək gəmi iştirak edib.

2018-ci ildə Bakıda iki mühüm hərbi parad keçirilib. Bu paraddar həm Azərbaycan Ordusunun gücü nümayiş etdirilib, həm də tarixi hadisələrə ehtiram göstərilib.

2018-ci ildə ilk parad 26 iyunda baş tutub və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunub. Bu parad ölkənin hərbi quruculuqda keçdiyi yol və müasir hərbi imkanlarını göstərən əlamətdar tədbir kimi yadda qalıb.

2018-ci ildə ikinci parad isə 15 sentyabrda – Bakının bolşevik–daşnak qüvvələrindən azad edilməsinin 100 illiyi münasibətilə təşkil edilib. Bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Tədbir iki qardaş ölkə arasında tarixi dostluq və müttəfiqlik münasibətlərinin daha bir göstəricisi olub.

İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra 2020-ci il dekabrın 10-da Bakıda Zəfər paradı keçirilib. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qonaq qismində iştirak edib. “Dəmir yumruq” əməliyyatına həsr olunmuş paradın komandanı müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev olub.

Təntənəli tədbirdə 3 min nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, yeni qəbul edilmiş müasir silahlar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, həmçinin hərbi gəmi və katerlər nümayiş olunub. Həmçinin Vətən müharibəsi zamanı ələ keçirilmiş düşmən hərbi texnikasının bir qismi də təqdim edilib.

2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.

Növbəti parad noyabrın 8-də Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

Loading

Visited 23 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Saqr Qobaş: “Azərbaycanla BƏƏ arasında…”
Next: MEDİA jurnalistlər üçün müsabiqə elan edib

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.