Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Yağışın qoxusu niyə bizi sakitləşdirir?
ÖZƏL

Yağışın qoxusu niyə bizi sakitləşdirir?

28 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Yağış bəzən bir səsdir — damlaların pəncərəyə toxunuşu ilə ürəyimizi yuxudan oyadan musiqi. Bəzən bir qoxudur — torpağın sinəsindən qalxıb bütün şəhərə yayılır, sanki təbiət nəfəs alır. Və çox vaxt bir xatirədir — keçmişimizin hansısa unudulmuş küncündə gizlənən bir duyğunu oyadır. Amma sual budur: niyə yağışın qoxusu insanı sakitləşdirir? Biz niyə bu qədər rahatlayırıq?

Deyirlər, yağışın qoxusu torpağın dilidir. Qurumuş torpaq ilk damlanı qəbul edəndə, “petricor” adlanan o möcüzəvi qoxu ortaya çıxır. Sanki yer üzü göz yaşlarını içində saxlayıb, nəhayət ki, azad edir. Biz isə bu qoxunu duyanda dərin bir “ohh” çəkirik — çünki içimizdə də illərlə susuz qalmış duyğular var…

Yağış həm də sükutun səsidir. Şəhərin hay-küyünü yuyur, səsləri yumşaldır, küçələri sakitləşdirir. Pəncərə arxasında damlaların ritmini izləyən insan birdən anlayır ki, təbiət nə qədər yorucu olursa-olsun, yenidən təmizlənməyi bacarır. Bu sükut bizə güvən verir — “hər şey yenidən başlaya bilər” pıçıldayır.

Və bəlkə də ən əsası… Yağış bizi tək buraxmır. O damlalar düşdükcə insanın içində bir istilik doğur: sanki buludlar başa düşür, dərdləri yuyur, havanı, yolları, ruhumuzu təmizləyir. Bir göy hərəkətə gəlir, yer nəfəs alır, insan isə sakitləşir…

Bəlkə elə buna görə yağışın qoxusu bizi rahatladır — çünki biz də təbiət kimiyik. Bəzən quruyuruq, bəzən boğuluruq, bəzən susayırıq. Və içimizdəki səssiz fırtınaları dincliklə əvəz edən qoxu gələndə, ruhumuz yenidən nəfəs almağa başlayır.

M. Mehdiyeva

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Bir ağac, bir nəfəs – yaşıl dünyanın dəyəri”

Next

İlham Əliyev Ərdoğanı təbrik etdi

Copyright 2026— Praqraf.com. All rights reserved