Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Xocalının Təzəbinə və Ballıca kəndlərinə növbəti köç – FOTO
CƏMİYYƏT

Xocalının Təzəbinə və Ballıca kəndlərinə növbəti köç – FOTO

28 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Oktyabrın 28-də Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç prosesi həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Cebheinfo.az”-a verilən məlumata görə, bu mərhələdə hər iki kəndə ümumilikdə 123 nəfərdən ibarət 30 ailə qayıdıb.

Onlardan 72 nəfər (17 ailə) Təzəbinə kəndinə, 51 nəfər (13 ailə) isə Ballıca kəndinə köçürülüb.

Sakinlərə mənzillərin açarlarını təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqları və imzaladığı sərəncamlar əsasında “Böyük Qayıdış” proqramı ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir:

“Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində Təzəbinə və Ballıca kəndlərində sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Hər iki kənddə müasir standartlara uyğun yaşayış evləri, məktəb, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib”.

Qeyd edək ki, bu köç mərhələsi də daxil olmaqla Təzəbinə kəndinə ümumilikdə 113 ailədən ibarət 501 nəfər, Ballıca kəndinə isə 228 ailədən ibarət 1016 nəfər köçürülüb. Xocalı rayonunun digər kəndlərinə də mərhələli şəkildə köç prosesi davam etdiriləcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan sığorta növlərini təkmilləşdirmək üçün layihələr həyata keçirəcək

Next

Bu şəxslərə gündəlik qida veriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved