Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 28
  • 6 il əvvəl 23 oktyabrda bitən liderlik…

6 il əvvəl 23 oktyabrda bitən liderlik…

admin 28 Oktyabr 2025 3 minutes read
176164200020263790636900861020a85
PAYLAŞIN:

Müxalifətdəki fəaliyyəti dövründə heç vaxt lider kimi qəbul edilməyən Əli Kərimlinin diqqəti cəlb etmək üçün çıxartmadığı “oyun” qalmayıb. 

Adını nə qoyursa-qoysun, “ənzəli”dən “beşdaş”a qədər bütün uşaq oyunlarına oxşayan bu addımlar onun siyasi reklamında heç bir rol oynamadı. Bir zamanlar təxribatçı mitinqlərdən istifadə etməklə siyasi reklama çalışsa da, nəticə alınmadı və ona qalan küçədəki əndrabadi şəkli, stadionda qışqırmağı oldu. “Oyunları” zamanı ətrafındakı bir qrup adamdan başqa aksiyalarına yığışan olmadı.

İflasın bu mərhələsində manevr etməyə cəhd etdi və bu dəfə sosial şəbəkə manipulyasiyasına başladı. Elə indinin özündə də Əli Kərimli cəmiyyətdən dəstək ala bilmədiyini, insanların çağırışla onun “oyun”larına alət olmadığını və evində oturmaqdan başqa yolunun qalmadığını etiraf edir. Lakin usanmır. 

Gündəmdə qalmaq üçün oturub müxtəlif üsullar axtarır. Gah sosial şəbəkələr üzərindən statuslar paylaşıb insanlara “Mən də varam” deyə özünü sırımağa, fikirlərini aşılamağa və yeni oyunlarına tamaşaçı yığmağa çalışır, gah da öz şəninə siyasi “tostlar”la dedirtməklə özünə təsəlli verir.

Bu dəfə özü üçün yeni “ideya” kəşf edib. Hər kəsdən əli üzülən Əli Kərimli indi də xarici mətbuata dadanıb.

Vaxtaşırı xarici ölkələrdə müxtəlif mətbu orqanlara öz yanından müsahibələr hazırlatdırıb göndərir və müxtəlif üsullarla bunların dərcinə nail olur. Sonra da həmin müsahibələri sosial şəbəkələrdə paylaşıb özündən lider obrazı yaratmaq üçün “mirzələri”nə də həmin müsahibələrini bəyənməyi, rəy yazmağı və paylaşmağı tapşırır.

Bir sözlə, Əli Kərimli öz şəninə sifarişlə təriflər yağdırır, özünü siyasi fenomen kimi təqdim etməyə çalışır. Guya onun müsahibə verməsi qeyri-adi əhəmiyyətə malik siyasi hadisəymiş. Məqsəd isə özünü cəmiyyətə “lider” kimi təqdim etməkdir. Yəni 30 ildən çoxdur çağırılmış köhnə bayatılar təzədən oxunur.

Əli Kərimli gündəmdə qalmaq və özündən süni müxalifət lideri düzəltmək üçün siyasi şoular göstərməklə məşğuldur. 

Amma Əli Kərimli də, çevrəsindəkilər də bir həqiqəti unudurlar ki, siyasi idarəetmədə süni intellektin tətbiq olunduğu bir vaxtda hansısa qəzetə müsahibə verməyi onun zəkasının uğuru, dühası adlandırmaq gülüş doğura bilər.

Liderlik keyfiyyəti yalnız xalq arasında geniş sosial bazaya və seçici kütləsinə malik siyasətçilərə aid edilir. Əli Kərimlinin isə belə bir potensialı yoxdur.

Onun bütün potensialı 2019-cu il 19 oktyabr mitinqindən sonra Ramiz Mehdiyevin 23 oktyabrda Prezident Adminstrasiyasının rəhbəri postundan çıxarılması ilə bitib.

Süleyman 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Mübariz Şahmurov dəfn edilib
Next: Paşinyan növbədənkənar seçkiyə GEDİR

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.