Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxunub
HADİSƏ

Sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxunub

27 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Paraqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O, müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib. Abdulla Əliyev son sözündə əməlindən peşman olduğunu söyləyib. Vəkilin vəsatəti təmin olunmayıb və məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Abdulla Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir. Məlumata görə, o, yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücum planlaşdırdığı zaman DTX-nin peşəkarlığı sayəsində cinayət başında saxlanılıb. Qeyd edək ki, Azərbaycanın Sumqayıt şəhərində yaşayan və “İŞİD Xorasan” terror təşkilatına bağlılığı olan 18 yaşlı Abdulla Əliyev Bakı şəhərinin mərkəzində yerləşən “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı genişmiqyaslı terror aktı həyata keçirməyə hazırlaşıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ürəyin Döyüntüsündə

Next

Azərbaycanda mobil telefonlar KƏSKİN BAHALAŞACAQ – 100 manat aksiz vergisi…

Copyright 2026— Praqraf.com. All rights reserved