Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Çində təhsil almaq istəyən vətəndaşların NƏZƏRİNƏ
ELM VƏ TƏHSİL

Çində təhsil almaq istəyən vətəndaşların NƏZƏRİNƏ

27 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində növbəti tədris ilində Çin Xalq Respublikasında (ÇXR) təhsil almaq üçün müraciət edən namizədlərdən tələb olunan əsas sənədlərdən biri namizədin prioritetlik nəzərə alınmaqla seçdiyi üç universitet üzrə əldə etməli olduğu ön qəbul sənədidir (pre-admission notice, proof of admission from tutor).

Paraqraf.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) məlumat yayıb.

Bildirilib ki, 2026/2027-ci tədris ili üzrə HTP çərçivəsində ÇXR-də təhsil almaq niyyətində olan Azərbaycan Respublikası vətəndaşları müvafiq ön qəbul sənədini əldə etmək üçün ÇXR universitetləri ilə birbaşa əlaqə saxlamalıdırlar.

Qeyd edilib ki, HTP çərçivəsində növbəti tədris ilində ÇXR-də təhsil üçün sənəd qəbulu ilə bağlı elan yaxın günlərdə EATDA və HTP-nin rəsmi internet səhifələrində, həmçinin sosial media hesablarında dərc ediləcək.

Sözügedən təqaüd proqramı 13 aprel 2020-ci il tarixində Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cəlilabadda biryaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

Next

Gümrü merinə qarşı yeni ittiham irəli sürülüb

Copyright 2026— Praqraf.com. All rights reserved