Argentinada sərnişin avtobusu körpüdən çaya aşıb.
Paraqraf.com TASS-a istinadən xəbər verir ki, avtobus əvvəlcə əks istiqamətdə hərəkət edən avtomobillə toqquşub.
Qəza nəticəsində nəqliyyat vasitəsi məhəccərdən aşaraq körpüdən çaya düşüb.
Hadisə zamanı səkkiz sərnişin və sürücü həlak olub, 29 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, avtobus Misiones əyalətinin Obera şəhərindən Puerto İquazu istiqamətində hərəkət edirmiş. Qəza anında magistral yolda sıx duman olduğu bildirilir.
Paraqraf.com
![]()
Visited 10 times, 1 visit(s) today
