Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Zəngəzur dəhlizi: Azərbaycanın strateji hədəfi və region üçün yeni imkanlar
ÖZƏLMANŞETSİYASƏT

Zəngəzur dəhlizi: Azərbaycanın strateji hədəfi və region üçün yeni imkanlar

24 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda tamamilə yeni nəqliyyat və ticarət xəritəsi formalaşdıra bilər. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəni təmin etməklə yanaşı, region ölkələri üçün də mühüm iqtisadi imkanlar yaradacaq. Dəhliz həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı Paraqraf.com-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Zəngəzur dəhlizi artıq Azərbaycanın ən vacib strateji prioritetlərindən birinə çevrilib. Onun sözlərinə görə, bu, təsadüfi deyil:

“İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması həm tarixi ədalətin bərpası, həm də iqtisadi və geosiyasi baxımdan mühüm addımdır,” – deyə Abbaslı vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, dəhlizin açılmasına ilk mərhələlərdə əsas etiraz edən ölkələrdən biri İran idi. Lakin son dövrlərdə Tehran bu məsələdə mövqeyini yumşaldıb və faktiki olaraq yeni regional reallıqlarla barışmağa başlayıb.

“Prezident İlham Əliyevin son açıqlamasına əsasən, 2028-ci ilə qədər Zəngəzur dəhlizinin açılması real və mümkün hədəfdir. Bu, o deməkdir ki, qarşıdakı üç il ərzində bu məsələ öz həllini tapacaq,” – deyə o qeyd edib.

Cavanşir Abbaslının fikrincə, Ermənistan da əvvəlki kimi sərt mövqe tutmur. Əksinə, Baş nazir Nikol Paşinyan artıq anlayır ki, bu dəhlizin açılması Ermənistan üçün də iqtisadi baxımdan faydalıdır. İranın əvvəlki siyasətindən qismən geri çəkilməsi isə regiondakı münasibətlərin ümumilikdə dəyişməsindən xəbər verir.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın birbaşa Naxçıvanla əlaqəsini bərpa edəcək. Bu, uzun illərdir mövcud olan nəqliyyat və iqtisadi maneələri aradan qaldırmaqla yanaşı, ölkənin tranzit potensialını da əhəmiyyətli dərəcədə artıracaq.

Hazırda 3+3 formatında – Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Gürcüstan və İranın daxil olduğu əməkdaşlıq platformasında – bu məsələ daha konstruktiv müstəviyə keçib. İranın əvvəlki sərt münasibətinin yumşalması isə bölgədə əməkdaşlıq perspektivlərinin genişləndiyini göstərir.

“Zəngəzur dəhlizinin açılması region üçün həm iqtisadi, həm də geosiyasi baxımdan böyük üstünlüklər vəd edir. Ticarət və nəqliyyat əlaqələrinin canlanması, ölkələr arasında iqtisadi asılılığın artması Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasına xidmət edəcək,” – deyə Cavanşir Abbaslı əlavə edib.

Siyasi şərhçinin fikrincə, Prezidentin 2028-ci il hədəfi realist olsa da, bu, prosesin yalnız həmin vaxta qədər təxirə salınacağı anlamına gəlmir:

“Mənim şəxsi qənaətim budur ki, Zəngəzur dəhlizinin açılmasına 2028-ci ildən daha əvvəl – bəlkə də 2026 və ya 2027-ci illərdə şahid olacağıq. Bu, regionda iqtisadi inteqrasiyanın və sabitliyin güclənməsinə mühüm töhfə verəcək,” – deyə o vurğulayıb.

Validə Cəfərova

Paraqraf.com

 

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Hökümət 3 pilləli rejimlə maaşları, vergiləri bərpa edir”

Next

Heç yerdə işləməyənlərdən ayda 16 manat alınacaq

Copyright 2026— Praqraf.com. All rights reserved