Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/İdxaldan asılılıq və yerli istehsalın inkişafı: Azərbaycan iqtisadiyyatı hansı nöqtədədir?
ÖZƏLİQTİSADİYYATMANŞET

İdxaldan asılılıq və yerli istehsalın inkişafı: Azərbaycan iqtisadiyyatı hansı nöqtədədir?

24 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycan iqtisadiyyatı hələ də müəyyən dərəcədə idxaldan asılı vəziyyətdədir və bu, ölkənin davamlı inkişafı baxımından risk yaradır. Buna görə də yerli istehsalın gücləndirilməsi son illər iqtisadi siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Daxili istehsalın inkişafı həm məşğulluğun artmasına, həm də iqtisadi sabitliyin möhkəmlənməsinə şərait yaradır.

Mövzu ilə bağlı paraqraf.com-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, idxaldan asılılıq təkcə iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik, məşğulluq və valyuta sabitliyi baxımından strateji əhəmiyyət kəsb edir.

Ekspertin sözlərinə görə, 2024-cü ildə Azərbaycanın idxal həcmi 15 milyard dollara yaxın olub. Hazırda bazardakı hər üç məhsuldan ikisi xaricdən gətirilir ki, bu da birbaşa olaraq valyuta sabitliyinə və tədiyyə balansına təsir göstərir.

Akif Nəsirli qeyd edib ki, son illərdə kənd təsərrüfatı, tikinti materialları, yüngül sənaye və qida sənayesi kimi sahələrdə yerli istehsalın artımı müşahidə olunur. Bununla belə, xammal və texnologiyaya xarici asılılıq, istehsalın regionlar üzrə qeyri-bərabər paylanması və ixrac potensialının məhdudluğu kimi problemlər hələ də qalmaqdadır.

Hazırda iqtisadi strategiya iki əsas istiqamətə fokuslanıb:

  1. Sənaye zonalarının genişləndirilməsi – Sumqayıt, Mingəçevir, Qarabağ və Naxçıvanda yeni sənaye parklarının yaradılması;

  2. Rəqəmsal istehsal və innovasiyalar – “Azərbaycan 2030” strategiyasında rəqəmsallaşma, avtomatlaşdırma və texnoloji təlim proqramları prioritet istiqamətlər kimi müəyyən edilib.

Bununla belə, yerli istehsalın ÜDM-də payı hələ də 9–10% civarındadır, bu isə inkişaf etmiş ölkələrin orta göstəricisindən (20–25%) təxminən iki dəfə azdır.

Ekspertin fikrincə, Azərbaycan son illərdə enerji gəlirlərindən iqtisadi diversifikasiyaya keçid istiqamətində mühüm addımlar atıb. Lakin idxaldan real azadolma üçün hələ üç əsas hədəf qarşıda qalır:

  1. Texnologiya və istehsal avadanlıqlarının yerli bazarda inkişafı;

  2. Kənd təsərrüfatı ilə sənaye arasında inteqrasiyanın gücləndirilməsi;

  3. İnsan kapitalının və peşə bacarıqlarının artırılması.

Akif Nəsirlinin fikrincə, bu istiqamətlərdə ardıcıl siyasət davam edərsə, Azərbaycan “istehlak iqtisadiyyatından istehsal iqtisadiyyatına” keçid mərhələsini uğurla başa vura bilər.

“Əgər texnoloji baza və yerli istehsal zənciri gücləndirilərsə, ölkə tədricən idxaldan asılı modeldən ixrac yönümlü iqtisadi modelə keçəcək. Bu isə həm iqtisadi sabitliyə, həm də milli təhlükəsizliyə ciddi töhfə verəcək,” – deyə ekspert vurğulayıb.

Validə Cəfərova
paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Məşhur ailə haqqında serial çəkiləcək

Next

Salyanda maşın yandı – Video

Copyright 2026— Praqraf.com. All rights reserved