Ötən gün Yuxarı Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində batan 39 yaşlı Bəxtiyar Məmmədovun axtarışları başa çatıb.
Paraqraf.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Paraqraf.com
![]()
Visited 12 times, 1 visit(s) today
