Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/İran-ABŞ münasibətləri hansı istiqamətdə inkişaf edir? – AÇIQLAMA
MANŞETÖZƏLSİYASƏT

İran-ABŞ münasibətləri hansı istiqamətdə inkişaf edir? – AÇIQLAMA

23 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

“Nə qədər ki, Vaşinqton məntiqsiz tələblər irəli sürür, İran ABŞ ilə danışıqlara qayıtmayacaq”​.

Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi danışıb.

Qeyd edək ki, bu günə qədər Tehran və Vaşinqtonun iştirakı ilə 5 raunddan ibarət nüvə danışıqları baş tutub. Danışıqlar iyun ayında İsrail və İran arasında 12 gün davam edən münaqişənin başlamasından sonra dayandırılıb. ABŞ sözügedən münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, İranın xarici işlər naziri Abbas Araqçinin verdiyi açıqlama onu göstərir ki, İran tərəfi ABŞ-lə danışıqlarda çox da maraqlı deyil:

“Çünki ABŞ-nin təklif etdiyi şərtlər İranın maraqlarına cavab vermir. Yəni ABŞ İranın uranın zənginləşdirməsi prosesini dayandırmağı tələb edir. Lakin rəsmi Tehran bununla razılaşmır. ABŞ hələ də sülh üçün qapıları bağlamayacaq. Yəni İrana müəyyən şərtlər təqdim edəcək. Çünki ABŞ-nin vitse-prezidenti İsrailə səfəri zamanı səsləndirdiyi fikirlər də göstərir ki, İrana qarşı yenidən müəyyən addımlar atıla bilər. Yəni hərbi əməliyyatların keçiriləcəyi ilə bağlı suala Vens dəqiq cavab vermədi. Bu, onu göstərir ki, ABŞ hələ ki dioloq üçün qapıları bağlamır”.

Politoloqun sözlərinə görə, ABŞ İrana qarşı müəyyən təzyiq vasitələrindən istifadə edə bilər:

“Lakin indiki mərhələdə hərbi əməliyyatların bərpa olunması bir qədər istisna edilən variantdır. Çünki Amerikanın əsas niyyəti Yaxın Şərqdə-Qəzza bölgəsində sülhü təmin etməkdir. Yəni burada Tramp öz planını həyata keçirməyə çalışır”.

Politoloq əlavə edib ki, ilk növbədə İrandan əvvəl İranın proski qüvvələrini HƏMAS, Hizbullah və Husilərə qarşı əməliyyatı olacaq:

“Əgər növbəti müharibə baş verərsə, bu 3 təşkilat İsrailə qarşı əməliyyat həyata keçirə bilər. Buna gördə də bunlar zərəsizləşdikdə İrana qarşı hərbi kompaniyalar yenindən gündəmə gələ bilər”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gənclər niyə ölkəni tərk etmək istəyir? – Gələcəyə inamsızlıq

Next

Valideynlərin uşaqları üzərində təzyiqi: uğur, yoxsa psixoloji zərbə?

Copyright 2026— Praqraf.com. All rights reserved