Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 22
  • Yüksək İntellektli Hərbi Qulluqçular Üçün Xüsusi Xidmət İmkanı – Müdafiə Nazirliyindən Açıqlama

Yüksək İntellektli Hərbi Qulluqçular Üçün Xüsusi Xidmət İmkanı – Müdafiə Nazirliyindən Açıqlama

admin 22 Oktyabr 2025 3 minutes read
568781251_17922332682179340_6803211880069866737_n
PAYLAŞIN:
Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı müvafiq konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər.
Həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar.
İntellektual qabiliyyətli bölmələrdə cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulmuşdur.
Hazırda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmət keçən, yuxarıda qeyd olunmuş siyahılarda yer alan xarici təhsil müəssisələrində təhsil almış hərbi qulluqçuların adıçəkilən bölmələrdə xidmət etmələrini təmin etmək məqsədilə onların ailə üzvlərindən 30.11.2025-ci il tarixədək aşağıda qeyd olunan məlumatları intel_unit@mmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur:
– çağırışçının adı, soyadı və ata adı;
– çağırış rübü və ili (çağırıldığı tarix);
– Xarici dövlətlərin təhsil müəssisələrində ali təhsil almış şəxslərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənəd (PDF formatında) və ya tanınma prosesinin başlamasına dair sistemdən çıxarış.
Qeyd: Növbəti çağırışlarda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmətə başlayacaq, yuxarıda qeyd olunan kateqoriyaya aid olan çağırışçıların intellektual bölmələrdə xidmət etmələrinin təmin edilməsi məqsədilə müvafiq məlumatların onların ailə üzvləri tərəfindən çağırış ayının əvvəlindən növbəti ayın sonunadək intel_unit@mmu.edu.az elektron ünvanına göndərilməsi xahiş olunur.

Loading

Visited 21 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: SDU-nun alimi Qazaxıstanda Beynəlxalq tədbirlərdə uğurla çıxış edib
Next: ADNSU-da keçirilən 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı panel müzakirələrlə davam edir

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026
cBZDMTXUFVtnbyhDXf4WRJzwTFY2B9ubqdkiXMX5_1200

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

admin 04 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.