Gürcüstanın paytaxtında V Tbilisi İpək Yolu Forumu işə başlayıb.
Paraqraf.com “Report”a istinadla xəbər verir ki, tədbir “Bağlantıya sərmayə qoyun – sabitlikdə böyümək” mövzusuna həsr olunub.
Baş nazir İrakli Kobaxidze forumun açılışında çıxışı zamanı Gürcüstanın Şərqlə Qərb arasında strateji körpü rolu oynadığını bildirib.
Forumda regional əməkdaşlıq, Orta dəhliz boyunca nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Səfər proqramına əsasən, forumun açılış mərasimindən sonra Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüş keçirəcək. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağı gözlənilir.
Görüşdən sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın baş nazirinin şərəfinə rəsmi nahar verəcək.
Paraqraf.com
![]()
