Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 22
  • Sumqayıt Dövlət Universitetində “SOCAR Türkiyə” Yay Təcrübə Proqramında iştirak edən tələbələrlə görüş keçirilib

Sumqayıt Dövlət Universitetində “SOCAR Türkiyə” Yay Təcrübə Proqramında iştirak edən tələbələrlə görüş keçirilib

admin 22 Oktyabr 2025 4 minutes read
568488628_1387158033090506_380862974075864658_n
PAYLAŞIN:
Oktyabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) “SOCAR Türkiyə”nin yay təcrübə proqramında iştirak etmiş tələbələrlə görüş keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, “SOCAR Downstream Management” MMC-nin nümayəndəsi və təcrübə proqramını uğurla başa vurmuş tələbələr iştirak ediblər.
Universitetin rektoru v.i.e. AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək tələbələri təbrik edib, onların əldə etdikləri bilik və bacarıqların gələcək karyeralarında mühüm rol oynayacağını vurğulayıb. O,qeyd edib ki, ölkədə aparılan təhsil islahatları ali təhsilin keyfiyyətinin yüksəldilməsinə və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına yönəlib. Bu baxımdan “SOCAR Türkiyə” kimi qabaqcıl sənaye müəssisələrində təşkil olunan təcrübə proqramları tələbələrin biliklərinin praktiki mühitdə möhkəmləndirilməsi üçün mühüm platformadır.
Professor Əminağa Sadıqov “SOCAR Downstream Management” MMC və “SOCAR Türkiyə” rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O,vurğulayıb ki, SDU tələbələrinin bu proqramlara seçilməsi universitetdə formalaşmış tədris keyfiyyətinin, tələbələrin peşəkar hazırlıq səviyyəsinin və beynəlxalq əməkdaşlıq potensialının göstəricisidir.
Çıxışında Ə.Sadıqov həmçinin SDU ilə SOCAR arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrinə toxunaraq bildirib ki, universitet tələbələrinin SOCAR-ın müxtəlif struktur bölmələrində və Türkiyədə fəaliyyət göstərən “Petkim” kimi müəssisələrdə istehsalat təcrübəsi keçməsi onların mühəndislik bacarıqlarınıntəkmilləşdirməsinə və əmək bazarına daha hazırlıqlı daxil olmasına şərait yaradır.
“SOCAR Downstream Management” MMC-nin işə qəbul üzrə əməkdaşı Maşallah İsgəndərov çıxış edərək təcrübə proqramının məqsədləri, məzmunu və tələbələrin əldə etdikləri nəticələr haqqında məlumat verib. O, SDU tələbələrinin bilik səviyyəsi, nizam-intizamı və peşəkar davranışları ilə fərqləndiklərini qeyd edib və bu əməkdaşlığın davamlı xarakter daşımasının vacibliyini vurğulayıb.
Daha sonra Mühəndislik fakültəsinin tələbələri – Telman Adıgözəlov, Sənan Musazadə, Fərid Məmmədov və Solmaz Qənbərova Türkiyənin “Petkim” şirkətində keçdikləri yay təcrübəsinə dair təəssüratlarını bölüşüblər. Onlar real istehsalat mühitində qazandıqları təcrübənin peşəkar inkişaflarında mühüm rol oynadığını bildiriblər və SOCAR rəhbərliyinə yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşün sonunda “SOCAR Downstream Management” MMC-nin nümayəndəsi Maşallah İsgəndərova universitet rəhbərliyi tərəfindən təcrübə proqramında tələbələrəgöstərdiyi dəstəyə və əməkdaşlığa görə təşəkkürnamə təqdim olunub.

Loading

Visited 15 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
Next: BMU Çində keçirilən nüfuzlu sammitdə təmsil olunur

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
IMG-20260305-WA0021

“İdeal münasibət” illüziyası: Sosial şəbəkələr ailələri doğrudanmı dağıdır? – Psixoloqdan açıqlama

admin 05 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.