Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin 44-cü, həmçinin ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclaslarında iştirak etdik.
Bu mühüm beynəlxalq platforma Asiya regionunda siyasi partiyalar arasında əməkdaşlığın, qarşılıqlı anlaşmanın və dialoqun güclənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. İclaslar çərçivəsində aparılan müzakirələr regional sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası harmoniya və dayanıqlı inkişafın təşviqi istiqamətində fikir mübadiləsinə zəmin yaratdı.
Bu cür nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə təşkili siyasi partiyalar arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və çoxşaxəli əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır.
![]()
