Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 22
  • “Ramiz həbsxanaya düşsə, dözməz, ölər orada” – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ

“Ramiz həbsxanaya düşsə, dözməz, ölər orada” – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ

admin 22 Oktyabr 2025 4 minutes read
eliinsanov12
PAYLAŞIN:
Haqq və Ədalət Partiyasının sədri, eks-səhiyyə naziri Əli İnsanov TV Müsavata geniş müsahibə verib.
Qlobal.net xəbər verir ki, Ə.İnsanov müsahibəsində Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin həbsi, eyni zamanda onun dövlət çevrilişinə cəhd göstərməsi kimi ittihamlara münasibət bildirib.
Əli İnsanov bildirib ki, son həftə ərzində baş verən hadisələr təbii ki, Ramiz Mehdiyevə qarşı olduqca ciddi ittihamlardır:
“Bu gün buna məhkəmə hüquqi qiymət verəcək. Amma mən güman edirəm ki, Mehdiyevin özü, onun əməlləri haqda bəzi söhbətlər etmək olar. O, orta savadlı bir adamdır. İradəsi zəif, liderlikl qabiliyyəti, oratorluğu tamamən olmayan, bütün çıxışlarında yazılanları üzündən oxuyan biri olub. Onun siyasi liderlik iddiası çox gülməlidir. Ramiz Mehdiyev orta məktəbi bitirəndən sonra onun gücü bir texnikuma daxil olmaq olub. Çilingər hazırlayan bir texnikum. Əmək fəaliyyətinə gəmidə çilingər kimi başlayıb. Təəssüf ki, elə çilingər kimi də qalıb. Sonra onu komsomola dəvət ediblər. Komsomol onun əlindən tutub və bu günkü günlərə qədər gətirib. O, nə xüsusi təhsil alıb, nə xüsusi elm öyrənib. Kommunist idoelogiyasını, kommunistlərin “əxlaqını”, iş üslubunu yaxşı mənimsəyib”.
Ə.İnsanovun sözlərinə görə, bəziləri onu tərifləyəndə çox güclü və ağıllı adam olmasına işarə vursalar da, bu, tamamilə yanlış fikirdir:
“Onun gücü tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlərdə olub. Mən onun işsiz vaxtlarını yaxşı xatırlayıram, o zaman əlaqələrimiz vardı. O, olduqca küncə sıxışdırılmış, tamamilə cəmiyyətdən təcrid olunmuş, heç kimə lazım olmayan, Xalq Hərəkatının güclü dövrlərində heç bir əhəmiyyətliliyi olmayan adam idi. Düzdü, çox ehtiyatlı adam idi, elə cəsarəti yoxdur ki, hansısa məsələyə fikir bildirsin. Mehdiyev ömrü boyu idarə olunub, o, heç kimi idarə etməyib. O cür adamlar isə heç vaxt yetişmir, sadəcə meydana gəlir. Bəs necə oldu ki, Ramiz Mehdiyev yenidən hakimiyyətə gəldi. O zaman Rusiya təkid və təklif etdi ki, Mehdiyev yenidən hakimiyyətə gəlsin. Müdrik Heydər Əliyev isə bir balaca Ramiz Mehdiyevə görə Rusiya ilə mübahisəyə girişməzdi. Sonra bir müddət yaddan çıxdı, amma hər birimizə ayrı-ayrılıqda məlumatlar gəlirdi ki, bu adam Rusiyanın dediklərini olduğu kimi yerinə yetirir, Azərbaycanın görkəmli siyasətçilərini, insanlarını rusiyapərəst etmək üçün iş aparır. Buna da müəyyən qədər nail oldu”.
HƏP sədri bildirib ki, onun birinci xəyanəti Qarabağ probleminin həllini Rusiyanın əli ilə uzada bilməsi, digər xəyanəti isə Heydər Əliyevə olub:
“91-ləri hədəfə aldı. Mehdiyevin 91-lərə də, YAP-a da xüsusi bir nifrəti vardı. Şah Qacar nəsil artıra bilmədiyi üçün necə ki, bütün kişilərə nifrət edirdi, Ramiz Mehdiyev də iştirak edə bilmədiyi, bu prosesdə heç bir rolu olmadığı, ancaq oturub Heydər Əliyevin çörəyini yediyi üçün çox narahat idi. O, 91-lərin çoxunu məhv etdi. Partiyada bir nüfuzlu adam qoymadı ki, qalsın. YAP bu gün hər zamankından daha zəifdir. Bizim elə partiyadaşlarımız kənarda qalıb ki, heç biri iş başında deyil, İlham Əliyevə kömək etmək iqtidarında deyil”.
“Ramiz Mehdiyev sürgünə göndərilməyə layiq adam idi” deyən Ə.İnsanova görə, İ.Əliyev də bunu çox rahat edərdi:
“Çünki cənab prezident olduqca iradəli və ağıllı adamdır – Heydər Əliyevin oğludur. Etmədi. Çünki Azərbaycanın çox vacib problemləri hələ həll olunmamışdı. Problemi həll etdi, Ramizi də yola saldı, məni azad etdi. Mənim həbsimin ideya müəllifi, əsas təşkilatçısı Ramiz Mehdiyevdir”.

 

 

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: BDU-da “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində infosessiya keçirilib
Next: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin İrəvanda ikitərəfli görüşü keçirilib – FOTOLAR

OXŞAR MÖVZULAR

622831610_2099591370828876_1463721973845710828_n (1)

Sapı özümüzdə olan yaralar

admin 28 Yanvar 2026
2026_01_12_6964a498de789

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

admin 12 Yanvar 2026
1739280352_musfiq

Müşfiq Ötgün: “Əxlaq cəmiyyətin etiketi yox, insanın daxili seçimidir”

admin 09 Yanvar 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.