Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/İNHA Universitetinin nümayəndə heyəti BMU-da səfərdədir
ELM VƏ TƏHSİL

İNHA Universitetinin nümayəndə heyəti BMU-da səfərdədir

22 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Koreya (Cənubi) Respublikası İNHA Universitetinin 8 nəfərdən ibarət professor-müəllim heyəti  Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir.

Səfər BMU-İNHA ikili diplom proqramı (İDP) çərçivəsində tədris prosesinin növbəti monitorinqi və əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədi daşıyır.

İNHA heyəti ilə görüşən BMU-nun rektoru Yaqub Piriyev iki universitet arasında əməkdaşlığın artıq təhsil sahəsində beynəlxalq uğurlu model kimi tanındığını qeyd edib. Bildirib ki, İDP tələbələrin dünya səviyyəsində bilik və bacarıqlara yiyələnməsinə geniş imkanlar açır, onların gələcək karyera perspektivlərini artırır. Rektor Prezident İlham Əliyevin Sərəncamı ilə proqramın 2030-cu ilədək uzadılmasının bu tərəfdaşlığa verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayıb. Eyni zamanda İDP çərçivəsində tədris edilən ixtisaslara yüksəkballı abituriyentlərin qəbul olunmasını proqramın nüfuzunun daha bir nümunəsi adlandırıb. Yaqub Piriyev İDP məzunlarının uğurlarından da danışaraq,  onların bir qisminin hazırda İNHA Universitetində magistratura təhsili aldığını bildirib və monitorinqi aparacaq heyətə uğurlar arzulayıb.

Öz növbəsində İNHA Qlobal Strategiya və Təşəbbüslər Ofisinin icraçı direktoru, professor Tae-Joon Jeon BMU ilə əməkdaşlığın uğurlu nəticələrindən məmnunluğunu dilə gətirib. O, iki universitet arasında akademik və elmi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini söyləyib, proqramın beynəlxalq standartlara uyğun şəkildə icrasını yüksək qiymətləndirib. Koreyalı professor tələbə və müəllimlərlə aparılacaq müsahibələrin müsbət rəylərlə müşahidə olunacağına, monitorinqlərin nəticələrinin tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılmasına töhfə verəcəyinə inandığını bildirib.

Görüşdən sonra əməkdaşlığın yeni istiqamətləri və oktyabrın 24-dək davam edəcək monitorinqlə bağlı fikir mübadiləsi aparılıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Regional sülh və dayanıqlı inkişaf uğrunda siyasi dialoq”

Next

BDU-da “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində infosessiya keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved