Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/BDU-da “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində infosessiya keçirilib
ÖZƏLELM VƏ TƏHSİL

BDU-da “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində infosessiya keçirilib

22 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:
Bakı Dövlət Universiteti (BDU), Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində məlumatlandırıcı infosessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev belə görüşlərin gənclərdə vətənpərvərlik hisslərinin möhkəmlənməsində, tarixə marağın artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Prorektor bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Zəfər xalqımızın milli iradəsinin və birliyinin təntənəsidir: “Vətən müharibəsində qazanılmış Qələbədən sonra ölkəmiz təkcə döyüş meydanında deyil, həm də quruculuq sahəsində mühüm nailiyyətlər əldə edib. Azad edilmiş ərazilərdə məktəblər, mədəniyyət ocaqları, yollar inşa olunur, müxtəlif tədbirlər və festivallar keçirilir. Bütün bunlar dövlətimizin gücünü və xalqımızın birliyini nümayiş etdirir”.
Əliş Ağamirzəyev qeyd edib ki, tariximizin mühüm səhifələrindən biri olan Qərbi Azərbaycan məsələsi də daim diqqət mərkəzində saxlanılmalıdır: “Bu torpaqlar bizim tarixi yurd yerlərimizdir. Əsrlər boyu soydaşlarımız oradan zorla deportasiya olunublar. Bu həqiqətlərin dünyaya çatdırılması və gənclər arasında təbliği milli yaddaşımızın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Bakı Dövlət Universitetində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb və aktiv fəaliyyət göstərir”.
Milli Məclisin Gənclər və İdman Komitəsinin, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov çıxışında tarixi yaddaşın qorunması və Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib: “Gənclərin ən əsas vəzifəsi yaxşı təhsil almaqdır. Dövlətin inkişafı savadlı, vətənpərvər gənclərdən asılıdır. Hər bir gəncin ideyası yeni bir çağırış, yeni bir fikirdir”.
Layihənin rəhbəri, RİİB-in əməkdaşı, Vətən müharibəsi iştirakçısı və Hərbi Qənimətlər Parkının meneceri Orucəli Abbaszadə Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma torpaqlarından zorla köçürülməsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını bildirib. O, bu kimi layihələrin gənclərin maarifləndirilməsinə, tarixi ədalətin bərpası istiqamətində ictimai şüurun formalaşmasına xidmət etdiyini vurğulayıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə ətraflı məlumat verib, mövzunun aktuallığını və sosial-tarixi əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov Qərbi Azərbaycanın tarixi və etnoqrafiyası haqqında məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının əməkdaşı İlahə Cəfərova tərəfindən hazırlanan təqdimat nümayiş etdirilib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İNHA Universitetinin nümayəndə heyəti BMU-da səfərdədir

Next

“Ramiz həbsxanaya düşsə, dözməz, ölər orada” – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ

Copyright 2026— Praqraf.com. All rights reserved