Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Azərbaycanda kvotaların tətbiqi yenidən gündəmdə – ən çox hansı məhsullara şamil oluna bilər?
ÖZƏLİQTİSADİYYATMANŞET

Azərbaycanda kvotaların tətbiqi yenidən gündəmdə – ən çox hansı məhsullara şamil oluna bilər?

22 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda kvotaların tətbiqi yeni anlayış deyil. Dövlət uzun illərdir müəyyən məhsulların idxalını və ixracını tənzimləməklə yerli istehsalı qorumağa və bazarda balans yaratmağa çalışır. Lakin son dövrlərdə bu məsələ xüsusilə ərzaq və kənd təsərrüfatı məhsulları sahəsində daha da aktuallaşıb.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Paraqraf.com-a açıqlamasında bildirib ki, kvotalar daxili bazarın qorunması, yerli istehsalın stimullaşdırılması və xarici ticarət balansının tənzimlənməsi məqsədlərinə xidmət edir. Onun sözlərinə görə, kvota siyasəti həm iqtisadi təhlükəsizlik aləti, həm də bazar sabitliyini qoruyan mühüm mexanizmdir.

Ekspertin fikrincə, kvotaların tətbiqi xüsusilə aşağıdakı məhsul və sahələrdə daha aktual ola bilər:

1. Ərzaq və kənd təsərrüfatı məhsulları – ət, taxıl, süd və digər əsas qida məhsullarında idxal və ixrac kvotaları tətbiq olunaraq yerli istehsal qoruna bilər.

2. Enerji və strateji xammal – təbii qaz və elektrik enerjisi kimi resurslarda daxili tələbatın ödənməsi üçün ixrac kvotalarının tətbiqi mümkündür.

3. Emal və istehsal sektoru – pambıq, iplik kimi xammallar üzrə kvotalar daxili emal müəssisələrinin fəaliyyətini dəstəkləyir.

4. Tikinti materialları – sement, armatur, çınqıl kimi məhsullarda idxal kvotaları yerli sənaye müəssisələrinin maraqlarını qorumağa kömək edir.

 

Nəsirlinin sözlərinə görə, kvota mexanizmlərinin düzgün tətbiqi həm yerli istehsalçının maraqlarını müdafiə edir, həm də xarici bazarlarda Azərbaycanın mövqeyini gücləndirə bilər.

Ən aktual sahələr:

Ərzaq məhsulları

Kənd təsərrüfatı

Enerji resursları

Tikinti materialları

Təbii ehtiyatlar

Validə Cəfərova
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib.

Next

“Ayrılıq deyil, qurtuluş”

Copyright 2026— Praqraf.com. All rights reserved