Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azər Maqsudovla bağlı istintaq bitdi, barışıq yoxdur – “250 min istəyirlər, mən isə…” – Video
CƏMİYYƏT

Azər Maqsudovla bağlı istintaq bitdi, barışıq yoxdur – “250 min istəyirlər, mən isə…” – Video

22 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakıda türkoloq alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirli bilinən tanınmış həkim, baş toksikoloq Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Paraqraf.com Baku TV-yə istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədriyi ilə keçirilən prosesdə hadisə ilə bağlı rəy verən Ədliyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyevin ifadəsi dinlənilib.

Ekspertlər hadisə ilə bağlı rəylərində hər hansı bir ziddiyyətin olmadığını bildiriblər. Daha sonra prosesdə təqsirləndirilən Azər Maqsudov ona qarşı qaldırılan mülki iddiaya münasibət bildirərək, vurğulayıb ki, o, daha əvvəl mərhumun böyük qardaşı ilə danışıb ortaq məxrəcə gəldiklərini, sonradan isə həmin şəxsin həyat yoldaşının Türkiyədən zəng edərək razılaşmadıqlarını bildiriblər.

Azər Maqsudovun sözlərinə görə, A.Acaloğlunun yaxınları ondan Bakıda iki ədəd ikiotaqlı ev istəyiblər. Qarşı tərəfin həkimə qarşı mülki iddiası 400 min manat olsa da, tərəflərin danışıqlarından sonra bu rəqəm 250 min manatadək endirilib. Buna baxmayaraq, A.Maqsudov zərərçəkən tərəfə yalnız 45 min manat ödəmək iqtidarında olduğunu bildirib.

Zərərçəkən tərəfin vəkilləri əlavə ediblər ki, qarşı tərəflə barışıq əldə olunmayıb. Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib. KTM-in şöbə müdiri həbsdə deyil, barəsində istintaq dövrü üçün başqa qətimkan tədbiri seçilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bu mesajlar məhdudlaşdırılacaq – “WhatsApp”dan yenilik

Next

Əməkdar həkim vəfat etdi

Copyright 2026— Praqraf.com. All rights reserved