Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Azərbaycan-Qazaxıstan münasibətləri hansı səviyyədədir? – AÇIQLAMA
ÖZƏLMANŞETSİYASƏT

Azərbaycan-Qazaxıstan münasibətləri hansı səviyyədədir? – AÇIQLAMA

22 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Ötən gün Prezident İlham Əliyev Qazaxıstana dövlət səfərinə getmişdi. Prezidentimiz Qazaxıstanda yüksək səviyyədə qarşılanıb. Hər iki liderin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub, həmçinin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.

Eyni zamanda, Prezidentimiz 2028-ci ildə Zəngəzur dəhlizinin açılması ilə də bağlı Qazaxıstanda mətbuat bəyanatında məlumat verib.

Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədr müavini Günay Ağamalı “Paraqraf.com”a bildirib ki, Azərbaycan–Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən ali müttəfiqlik müstəvisinə yüksəlib:

“Hər iki dövlətin liderləri Cənab Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin siyasi iradəsi nəticəsində qarşılıqlı etimada, ortaq maraqlara və dərin tarixi-mədəni köklərə əsaslanan əməkdaşlıq nümunəvi xarakter daşıyır. Xəzər dənizi hövzəsində yerləşən iki qardaş ölkə həm enerji, həm nəqliyyat-logistika, həm də humanitar sahələrdə bir-birini tamamlayan mühüm tərəfdaşlardır.

Qazaxıstan səfəri çərçivəsində keçirilən “Orta Dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinin təqdimatı regionun iqtisadi xəritəsini yenidən formalaşdıracaq strateji hadisədir. Bu dəhliz Azərbaycan və Qazaxıstanı Avropa və Asiyanın mühüm ticarət yolları ilə birləşdirərək, ölkələrimizin tranzit potensialını gücləndirir, regionda sabitliyin və rifahın təmininə xidmət edir”.

Günay Ağamalı qeyd edib ki, ölkə başçımız Cənab İlham Əliyevin səfər zamanı Zəngəzur dəhlizinin 2028-ci ildə açılması barədə bəyanatı nəqliyyat-kommunikasiya sistemində yeni mərhələnin başlanğıcını göstərir:

“Bu həm Türk Dövlətləri Təşkilatı məkanında inteqrasiyanı gücləndirəcək, həm də Orta Dəhlizin tam funksionallığını təmin edəcək.

Gələcəkdə Azərbaycan və Qazaxıstan arasında yaşıl enerji, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi real perspektiv kimi görünür. Hər iki dövlətin məqsədi yalnız iqtisadi əlaqələri dərinləşdirmək deyil, həm də Türk dünyasının birliyinə, Avrasiya məkanında dayanıqlı inkişaf modelinin formalaşmasına töhfə verməkdir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan regionda etibarlı tərəfdaş, sözünə və imzasına güvənilən dövlət kimi qəbul olunur. Qazaxıstanla münasibətlər isə bu siyasətin mühüm sütunlarından biridir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Hər 100 tələbədən cəmi 6-sı yataqxanada qalır” – Kamran Əsədov təhsildə sosial bərabərsizlikdən danışdı

Next

Pop kraliçasından yeni sima: Günahkar kimdir? – FOTOSESSİYA

Copyright 2026— Praqraf.com. All rights reserved