Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 21
  • “XIX Əsr İrəvan Mətbəxi” Kitabının Tərtərdə Təqdimatı: Milli Kulinariya İrsinin Dirçəlişi və Təbliği

“XIX Əsr İrəvan Mətbəxi” Kitabının Tərtərdə Təqdimatı: Milli Kulinariya İrsinin Dirçəlişi və Təbliği

admin 21 Oktyabr 2025 6 minutes read
Изображение WhatsApp 2025-10-20 в 23.19.16_975bb15e
PAYLAŞIN:

20 oktyabr 2025-ci il tarixində Beynəlxalq Kulinariya Günündə Tərtərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “XIX əsr İrəvan Mətbəxi “ qrant layihəsi ilə Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilən “XIX əsr İrəvan Mətbəxi” kitabının təqdimatı oldu. Təqdimat mərasimində alimlər və mütəxəssislər, ictimai xadimlər, Milli Məclisin Deputatları, Qərbi Azərbaycan İcmasının sədri və üzvləri, Hüquq Mühafizə orqanlarının rəhbərləri, rayonun ziyalıları, Qarabağ Regional Məşğulluq Mərkəzinin “Aşpaz” ilk peşə hazırlıq kursun müdavimləri, Tərtər və Bərdə Peşə məktəblərinin müəllim və şagirdləri, ümumilikdə 240 nəfər iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib,önünə gül dəstələri düzüblər. Sonra təqdimat mərasimi rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib. Mədəniyyət Mərkəzinin foyesində Tərtər rayonu ərazisində məskunlaşmış Qərbi Azərbaycan əhalisinn ahıllarından toplanmış mətbəx nümunələrin etno- kulinar sərgisi qonaqlarda böyük maraq yaradıb. Tərtər və Bərdə Peşə Təhsil Mərkəzlərinin şagirlərinin , həmçinin Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzinin Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı “Aşpaz” ilk peşə hazırlıq kursun müdavimlərinin sərgilədikləri kulinariya nümunələri də peşəkarlıqla hazırlanmışdı. Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,ardınca Dövlət Himni səsləndirilib. Tərtər rayon icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını salamlayaraq, qonaqlara “Xoş gəlmişsiniz”,-deyib.Qeyd edib ki, Qərbi Azərbaycan mətbəxi əsrlər boyu formalaşan, nəsildən-nəslə ötürülən zəngin irsdir. Bu yeməklər təkcə süfrəmizdə yer alan təamlar deyil, həm də yaddaşımızda yaşayan tarixdir. Bu gün biz yalnız bir kitabın təqdimatında iştirak etmirik – biz xalq yaddaşının, milli kimliyimizin və mədəni irsimizin mühüm bir hissəsinin yenidən dirçəlişinə şahidlik edirik. “XIX əsr İrəvan mətbəxi” adlı bu dəyərli əsər təkcə qədim bir bölgənin yeməkləri haqqında deyil, həm də həmin dövrün yaşam tərzi, adət-ənənələri, qonaqpərvərlik mədəniyyəti və mənəvi dəyərləri haqqında dərin bilgilər verir. İrəvan bölgəsi tarix boyu Qərbi Azərbaycanın ən zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. Orada formalaşan mətbəx məktəbi, yeməklərin bişirilmə üsulları, süfrə mədəniyyəti və yerli məhsullardan yaradılan ləziz təamlar əsrlər boyu xalqımızın ümumi kulinariya xəzinəsinə dəyərli töhfələr verib.Bu əsər, əslində, həm tarix kitabıdır, həm etnoqrafik araşdırmadır, həm də milli mədəniyyətimizin bərpasına yönəlmiş tədqiqatdır. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir. Təqdimat mərasimində kitabın müəllifi Azərbaycan Milli Kulinariya Assosiasiyası və türk dünyası mətbəx kültürü elmi və sənədləri birliyinin prezidenti, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov geniş məruzə ilə çıxış edib.O, bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində ərsəyə gətirilən kitab 208 səhifədən ibarət nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, minaturlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığı rəssam Nigar Əliyevanındır. Kitab həm alimlər həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir. “XIX Əsr İrəvan Mətbəxi” kitabı həm də İrəvandakı tarixi varlığımızın bir sübutudur. Kitaba ön söz Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Xanım Aygün Əliyeva tərəfindən yazılıb. Rəyçilər: Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Milli Məclisin deputatı Əziz Ələkbərli, kitabın həmmüəllifi, AMEA-nın Gəncə bölməsinin elmi işçisi Aynurə Əmiraslanova, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi və Ekspertizası kafedrasının müdiri professor Əhəd Nəbiyev, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi Fakültəsinin dekanı dosent Mehman İsmayılov, Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi və Ekspertizası kafedrasının dosenti Mərdan Tağıyev, Azərbaycan Texnologiya Universitetinin Turizm Sənayesinin təşkili kafedrasının baş müəllimi Füzuli Musayev, Gəncə Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru, entoqraf Nurlana Həmzəyeva, Milli Məclisin Deputatı Sahib Alıyev çıxış ediblər. Rəsmiyyə Allahverdiyevanın sədrliyi ilə peşəkar münsif heyətinin qərarı ilə bir qrup sərgi iştirakçısı sertifikatlarla mükafatlandırılıb.

 

Paraqraf.com

Loading

Visited 24 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bu gün Zəngilan Şəhər Günüdür
Next: “Zəngəzur dəhlizi 2028-ci ilin sonunadək açıla bilər” – Prezident

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.