Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
HADİSƏ

Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb

20 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Dövlət Komitəsinə Sabirabad rayonu Türkədi kənd sakini 19.06.2008-ci il təvəllüdlü Zəhra Qənimət qızı Salmanlının Yolçubəyli kənd sakini 03.01.1990-ci il təvəllüdlü Orxan Yengibar oğlu Mehbalıyev tərəfindən erkən evliliyə cəlb edilməsi faktı ilə bağlı məlumat daxil olub.

Bu barədə Paraqraf.com-un sorğusuna cavab olaraq Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, faktın araşdırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yerli icra hakimiyyətinin, rayon polis şöbəsinin və Yolçubəyli KİƏD nümayəndəsinin iştirakı ilə hər iki ailəyə səfərlər təşkil edilib.

“Zəhra Salmanlının ailəsinə səfər zamanı qız atası Qənimət Salmanov 15.10.2025-ci il tarixində qız toyu mərasiminin keçirildiyini bildirib. Orxan Mehbalıyevin ailəsinə səfər zamanı oğlan anası Şairə Mehbalıyeva oğlan toyunun Zəhra Salmanlının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildirib. Səfərlər zamanı hər iki ailəyə 24 iyun 2024-cü il tarixində qəbul edilən və 01 iyul 2025-ci il tarixində qüvvəyə minən Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayyət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı ətraflı məlumat verilib. Qanuna əsasən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə mərasimlərin keçirilməsinə görə cəza tədbirlərin görülməsi nəzərdə tutulur. Faktla bağlı Qanun çərçivəsində tədbirlərin görülməsinə dair Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara məktub göndərilib”, – məlumatda qeyd olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

XİN rəhbərinin müavini Fələstin səfiri ilə görüşüb

Next

DİN: 9 ayda 4181 odlu silah götürülüb

Copyright 2026— Praqraf.com. All rights reserved