Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • Qərbi azərbaycanlıların Qayıdış Konsepsiyası: “100-dən çox layihə maliyyələşdirilib”

Qərbi azərbaycanlıların Qayıdış Konsepsiyası: “100-dən çox layihə maliyyələşdirilib”

admin 20 Oktyabr 2025 2 minutes read
1760960335117147132868f61f4f68b44
PAYLAŞIN:

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ikinci forumdan keçən dövr ərzində QHT-lərin dəstəyi ilə 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz nəticə ilə yekunlaşdırıb”.

Paraqraf.com xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

Aygün Əliyeva bildirib ki, Qlobal Cənub QHT Platformasının yaradılması Azərbaycan QHT-lərinin beynəlxalq etimad qazanmasında dönüş nöqtəsi olub. Bu təşəbbüsə 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 nümayəndə imza ilə dəstək verib.

Bundan başqa, Agentlik dövlət–özəl–QHT əməkdaşlığının ilk nümunələrini yaradıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qarabağ Dirçəliş Fondu və bp ilə uğurlu əməkdaşlıq həyata keçirilib.

İcraçı direktor qeyd edib ki, QHT-lərin inkişaf və mübadilə proqramları uğurla davam edir. 6-cı inkişaf və mübadilə proqramı oktyabrın 18-19-da Şuşada uğurla yekunlaşıb.

Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn təşəbbüslərə dəstək məqsədilə bu günədək 100-dən çox layihə maliyyələşdirilib. 2026-cı il qrant müsabiqələrində də Prezidentin tövsiyəsinə uyğun olaraq bu istiqamətə xüsusi önəm veriləcək.

“İctimai diplomatiya və QHT-lərin beynəlxalq fəaliyyətləri artıq öz effektini göstərir. Bu, Azərbaycanın Zəfər dövründə QHT-lər vasitəsilə beynəlxalq tribunada layiqli təmsilçiliyini təmin edən mühüm amil kimi çıxış edir”, – deyə Aygün Əliyeva bildirib.

Paraqraf.com

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “iPhone 17”nın satış sirri bəlli oldu: COVID-19
Next: Bu il Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 1,5 faiz artıb

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.