Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • DİN-dən qanunsuz saxlanılan odlu silahlarla bağlı – Çağırış

DİN-dən qanunsuz saxlanılan odlu silahlarla bağlı – Çağırış

admin 20 Oktyabr 2025 2 minutes read
9e356084-e788-4651-a7b9-119c2eef913d
PAYLAŞIN:

Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktik tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində 4181 ədəd odlu silah aşkar olunaraq götürülüb ki, onların da 1126-sı avtomat silahı, 263-ü tapança, 2792-si isə tüfəng olub.

Paraqraf.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər. Belə ki, 2025-ci ilin 9 ayı ərzində 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Keçirilən əməliyyat tədbirlərilə isə 645 silah aşkar olunaraq götürülüb.

“Qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevirilə, faciəyə səbəb ola bilər. Könüllü olaraq polisə təqdim edilən silaha görə isə vətəndaş məsuliyyətə cəlb edilmir. Buna görə də vətəndaşlara müraciət edərək qanunsuz yollarla əldə etdikləri və ya tapdıqları silah-sursatı könüllü olaraq yaxınlıqdakı polis orqanlarına təhvil vermələrini xahiş və tövsiyə edirik. Bu halda həmin şəxs heç bir cinayət məsuliyyəti daşımayacaq və bununla da həm özünü, həm də ailəsini böyük təhlükədən və qanunla müəyyən olunmuş ağır cinayət məsuliyyətindən xilas etmiş olacaq”, – deyə, nazirliyin çağırışında qeyd edilib.

Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Qəsdən adam öldürməyin qanuni cəzası – vəkil açıqladı
Next: “iPhone Air”in uğursuzluğunu etiraf etdilər

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.