Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • Azərbaycanda mehmanxana binaları ilə bağlı normalar təsdiqlənib

Azərbaycanda mehmanxana binaları ilə bağlı normalar təsdiqlənib

admin 20 Oktyabr 2025 2 minutes read
1760966086135493904268f635c62fbf3
PAYLAŞIN:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Mehmanxana binaları. Layihələndirmə normaları”nı təsdiqləyib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu normalar layihələndirilən və inşa edilən, yenidən qurulan və əsaslı təmir olunan mehmanxana banalarına və mehmanxana komplekslərinə, həmçinin həmin obyektlərin ərazilərinin təşkilinə olan tələbləri təyin edir.

Həmçinin, hündürlüyü 50 m-dən və yeraltı hissəsinin dərinliyi 15 m-dən böyük olan mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək.

Bundan başqa, bu normalar 11 nömrədən (yaşayış otağından) az tutumlu və ya mehmanxana olmayan digər yerləşmə vasitələrinin layihələndirilməsi, inşası və yenidən qurulmasına şamil edilməyəcək.

Mehmanxana ərazisinin tərkibində aşağıdakılar nəzərdə tutulmalıdır:

– yaşayış zonası;

– minik avtomobilləri və səyahət avtobusları üçün duracaq meydançaları;

– yaşayış zonasından təcrid olunmuş təsərrüfat zonası;

– abadlaşdırılma elementləri ilə yaşıllıq zonası;

– daxili yollar, piyada səkiləri və s.

Kiçik və mini hotellər üçun səyahət avtobusları üçün duracaq meydançalarının nəzərdə tutulması tələb olunmur.

Mehmanxana tərəfindən avtoduracaq xidməti təklif edildiyi halda hər səkkiz nömrəyə ən azı bir duracaq yeri nəzərdə tutulmalıdır.

Motellərdə nömrə fondunun 50 %-dən az olmayaraq avtoduracaq yeri nəzərdə tutulmalıdır.

Xidməti işçilərin minik avtomobilləri üçün duracaqların sayı işləyənlərin sayının 10 %-dən az olmamalıdır.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Nizami Səfərov AQDİM-in Fəxri üzvü seçildi
Next: Cəlaloğlu dünən və bu gün: Mədhiyyədən ittihama aparan yol

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.