Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ-də vitse-prezidentin kortejinə mərmi qəlpəsi dəydi – Foto
DÜNYA

ABŞ-də vitse-prezidentin kortejinə mərmi qəlpəsi dəydi – Foto

20 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Kaliforniyada dəniz piyadalarının təlimi zamanı mərmi partlayıb.

Paraqraf.com “The Daily Beast” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin kortejinin mühafizəçisi yaralanıb.

Belə ki, Kemp-Pendlton hərbi bazasında dəniz piyadalarının 250 illiyi münasibətilə keçirilən atışlar zamanı “M777” haubitsa topundan atılan 155 millimetrlik mərmilərdən biri Los-Anceles-San-Dieqo magistral yolunun üzərində vaxtından əvvəl partlayıb.

Qəlpələr vitse-prezidentin mühafizə kortejindəki motosikleti və yol patrul avtomobilini zədələyib.

“İşlək avtomobil yollarının üzərindən döyüş atışlarının həyata keçirilməsi son dərəcə nadir hallarda rast gəlinir”, – yol patrul rəisi Toni Koronado bildirib.

Baş verənləri şəxsən izləyən Vens bu nümayişin “korpusun gücünün və məğlubedilməz ruhunun sübutu” olduğunu söyləyib.

Demokratlar Partiyasının nümayəndələri isə hadisəni tənqid ediblər. Kaliforniya qubernatoru Qevin Nyusom atışları “gücün absurd nümayişi” adlandırıb.

“Donald Tramp və Ceyms Devid Vens şou naminə insanların həyatını riskə atır”, – o, “X” hesabında yazıb.

Qeyd edək ki, tədbirdən əvvəl yolun bir hissəsinin müvəqqəti olaraq bağlanması sürücülərin narazılığına səbəb olmuşdu. Təlimlər zamanı artilleriya atəşləri, paraşütçülərin nümunəvi tullanışları, “F-35” qırıcılarının uçuşu və “dəniz pişikləri” bölmələrinin sahilə çıxması nümayiş etdirilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah pensiyalar tam ödəniləcək

Next

“Narahatlığa əsas yoxdur” – MN

Copyright 2026— Praqraf.com. All rights reserved