Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 19
  • Sumqayıt Dövlət Universitetində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş seminar keçirilib

Sumqayıt Dövlət Universitetində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş seminar keçirilib

admin 19 Oktyabr 2025 4 minutes read
565703357_1384753699997606_798450740028241286_n
PAYLAŞIN:
Oktyabrın 17-də Sumqayıt Dövlət Universitetində (SDU) 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə seminar təşkil olunub.
Tədbiri açıq elan edən universitetin rektoru, v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov iştirakçıları salamlayaraq, onları Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Professor Əminağa Sadıqov çıxışında bildirib ki, 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi xalqımızın uzun illərdən bəri arzuladığı azadlıq, suverenlik və milli dövlətçilik ideallarının gerçəkləşməsi idi. O, vurğulayıb ki, müstəqillik asanlıqla əldə olunmayıb – Azərbaycan XX əsrin sonlarında ciddi siyasi, iqtisadi və sosial sınaqlardan keçərək dövlətçiliyini qoruyub saxlaya bilib. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmiz müstəqil, sabit və güclü dövlətə çevrilib.
Əminağa Sadıqov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib və beynəlxalq miqyasda nüfuzlu, güclü dövlət kimi tanınıb. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər müstəqilliyimizin sarsılmazlığını, xalqımızın birliyini və milli iradəsini bir daha sübut edib. O, həmçinin bildirib ki, azadlıq və suverenlik yalnız tarixi hadisə deyil, eyni zamanda xalqımızın kimliyini və dövlətçilik ideyasını formalaşdıran əsas dayaqlardandır.
Sonda professor Əminağa Sadıqov vurğulayıb ki, bu gün Azərbaycan ziyalıları və gəncləri qarşısında ali və məsuliyyətli bir missiya dayanır – dövlət müstəqilliyini qorumaq və onu elm, bilik, texnologiya və mədəniyyət vasitəsilə daha da gücləndirmək. “Müstəqillik hər bir vətəndaşın məsuliyyətidir. Onu qoruyub gələcək nəsillərə ötürmək hər birimizin vəzifəsidir”, – deyə o, çıxışını yekunlaşdırıb.
Seminarda Tədris-Metodiki Mərkəzin direktoru, i.ü.f.d. Elnarə Məmmədova “Müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişafı” mövzusunda çıxış edib. Daha sonra Tarix, coğrafiya və metodika kafedrasının müdiri, dosent Sona Məhərrəmova “Azərbaycanın dövlət müstəqilliyinə aparan tarixi yol və müstəqilliyimizin bərpası”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Samirə Kərimova “Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi”, Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Nübar Osmanova isə “Müstəqillik dövründə Dövlət Gənclər siyasəti” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, müstəqillik hər bir xalqın mənəvi dəyərlərini, milli iradəsini və tarixi irsini təcəssüm etdirən ali məfhumdur. Onun qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gənc nəslə ötürülməsi istiqamətində aparılan fəaliyyət Azərbaycan gəncliyinin əsas vəzifələrindən biridir.
Seminar mövzu ətrafında geniş fikir mübadiləsi və müzakirələrlə davam edib.

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Mehparə Mərdanzadə AQDİM-nin Fəxri üzvü seçildi
Next: Süd Vəzi Xərçəngi ilə Mübarizəyə Dəstək adlı tədbir təşkil olunub

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026
cBZDMTXUFVtnbyhDXf4WRJzwTFY2B9ubqdkiXMX5_1200

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

admin 04 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.