Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Süd Vəzi Xərçəngi ilə Mübarizəyə Dəstək adlı tədbir təşkil olunub
CƏMİYYƏT

Süd Vəzi Xərçəngi ilə Mübarizəyə Dəstək adlı tədbir təşkil olunub

19 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakı Gənclər Mərkəzində, Inclusive Organization Company və “Ümidlə Gəl” xeyriyyə layihəsinin rəsmi tərəfdaşlığı, Azimli Group MMC-nin təşkilatçılığı, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi, Konora Events və Zuraya MMC-nin təşkilati dəstəyi ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş “Çəhrayı Oktyabr 2” adlı maarifləndirici konfrans təşkil olundu.

Konfransın əsas məqsədi süd vəzi xərçəngi ilə bağlı ictimai maarifləndirməni artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və qadınlara motivasiya verməkdən ibarət idi.

Tədbirin əsas spikerləri sahənin peşəkar mütəxəssisləri — mammoloq-radioloq Günel Qəmbərova və tibbi onkoloq Aygün Aslanova oldular. Onlar süd vəzi xərçəngi ilə mübarizədə erkən diaqnozun və düzgün tibbi yanaşmanın əhəmiyyəti haqqında geniş çıxış etdilər, iştirakçıların suallarını cavablandırdılar.

Konfrans çərçivəsində sosial dəstək məqsədilə aşağıdakı təşəbbüslər həyata keçirildi:

Günel Qəmbərova tərəfindən seçilmiş 10 nəfər qadın “Məlhəm” Hospitalda ödənişsiz müayinədən keçmək imkanı əldə etdi.

Aygün Aslanova da həmçinin “İstanbul Klinikası”nda 10 nəfəri ödənişsiz müayinəyə alacaqdır həmçinin seçilən şəxslərə konfransda Aygün xanım tərəfindən xüsusi hədiyyələr təqdim edildi.

Bu cür təşəbbüslər cəmiyyətin diqqətini qadın sağlamlığına yönəltməklə yanaşı, həm də insanlara real dəstək göstərmək baxımından böyük əhəmiyyət kəsb edir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sumqayıt Dövlət Universitetində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş seminar keçirilib

Next

Hitlerin superinsan yaratmaq planı: “Patı” ilə irəli

Copyright 2026— Praqraf.com. All rights reserved